Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Allahşükür Paşazadə Vatikanda Roma Papasına nə demişdi...

Bir şəklin tarixçəsi: Allahşükür Paşazadə Vatikanda Roma Papasına nə demişdi...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dünyanın diqqəti dünəndən Vatikana yönəlib - Roma Papası Fransiskin ölümü böyük kədər və ehtiramla qarşılanıb. Müxtəlif ölkələrin siyasi və dini liderləri Müqəddəs Taxt-Taca ünvanladıqları təziyə mesajlarında 88 yaşlı pontifikin ölümündən kədərləndiklərini bildirir, onun insanlıq, sülh və ədalət sahəsindəki xidmətlərini yüksək qiymətləndirirlər.​
Papa Fransisk dünyanın bir sıra ölkələrində rəsmi səfərdə olub. O cümlədən də Azərbaycanda... 2016-cı il oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində Bakıdakı Katolik Kilsəsində ölkəmizdəki katolik icmasının üzvləri ilə görüşmüşdü.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto da Roma Papası Fransisklə bağlıdır. Amma fotoşəkil Bakıda deyil, Vatikanda çəkilib.

Zaman 13 yanvar 2022-ci il, məkan Vatikan... Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Müqəddəs Taxt-Tacın rəsmi dəvəti ilə səfərdədir.

Roma Papası pandemiya qadağalarından sonra ilk rəsmi görüşünü QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirir.
Şeyx həzrətləri Roma Katolik Kilsəsinin rəhbərilə görüşərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırır. Roma Katolik Kilsəsinin rəhbəri də, öz növbəsində, QMİ sədrindən onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edir.

Şeyxülislam Allahşükür Paşazadə Papa Fransiskin dünyada sülh və ümumbəşər qardaşlıq uğrunda apardığı ardıcıl fəaliyyətini yüksək dəyərləndirdiyini və onun fəaliyyətini yaxından rəğbətlə izlədiyini deyib.
Bu görüşdə QMİ sədri erməni tərəfinin II Qarabağ müharibəsindən sonra bəzi təhrif olunmuş məlumatlar yaydığını da Papa Fransiskin diqqətinə çatdırır və Azərbaycandakı real vəziyyətlə yerində tanış olmaq üçün Vatikanın nümayəndə heyətini ölkəmizə səfərə dəvət edir.
Fransisk 2013-cü ildən bəri Roma Katolik Kilsəsinə rəhbərlik edirdi və ilk Latın amerikalı papa olaraq tarixə düşüb. Onun liderliyi dövründə kilsə daxilində islahatlar, sosial ədalət təşəbbüsləri və ətraf mühitin qorunması sahəsində fəallıq ön planda olub. Eyni zamanda, o, dialoq və sülh təşəbbüsləri ilə də tanınırdı.
Yeri gəlmişkən, Roma Papası Fransisk ölümündən bir gün əvvəl Pasxa mesajında ​​Azərbaycan və Ermənistanı qısa zamanda sülh razılaşmasına nail olmağa çağırmışdı...
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri