Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ...

Bir şəklin tarixçəsi: Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1990-cı ilin payızı… Sovet imperiyasının sütunları laxlayır, Bakı isə tarixin ən gərgin və ən həlledici günlərini yaşayırdı. Tarixin sərt dönüş nöqtəsində olan şəhərin küçələrində siyasi gərginlik, insanların qəlbində isə həm nigaranlıq, həm də gələcəyə böyük ümid vardı. Artıq Azərbaycanın müstəqilliyinin bərpasından söhbət gedir, bəzi yerlərdə “Azadlıq!” şüarları səslənirdi. Belə bir mürəkkəb zamanda Türkiyənin o vaxtkı Prezidenti Turqut Özalın həyat yoldaşı Semra Özal Bakıya qonaq gəlib.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim edtiyi bu foto “Anadolu” Agentliyinin arxivindəndir.

Zaman 23 iyun 1990-cı il... Məkan Bakı şəhəri...
Azərbaycana ilk dəfə səfər edən Türkiyə Prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özal Bakıda müxtəlif görüşlər keçirib. O, Azərbaycan paytaxtına Türk Qadınını Gücləndirmə və Tanıtma Vəqfinin başqanı olaraq gəlib. Səfər isə Azərbaycan Qadınlar Cəmiyyətinin dəvətilə baş tutub.
Bu foto həmin səfərin yadda qalan anlarından birini əks etdirir.
Səfər çərçivəsində Səmra Özal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə də görüşür.
Şəkildə: soldan sağa - Allahşükür Paşazadə, Səmra Özal və Azərbaycanın o vaxtkı Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovadır.
O illərdə Türkiyədən gələn hər isti münasibət Azərbaycanda xüsusi duyğular oyadır, qardaş nəfəsi kimi qarşılanırdı. Bu həm də “yanınızdayıq!” mesajı demək idi. Hələ müstəqilliyini rəsmən qazanmamış Azərbaycan üçün qardaş Türkiyənin diqqəti xalqın yaddaşında ümid işığı kimi qalırdı.

Səmra Özalın Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyilə baş tutan görüşü də xüsusi əhəmiyyət daşıyırdı. Çünki o dövrdə din, milli kimlik və dövlətçilik anlayışları yenidən formalaşırdı.
Fotoda diqqət çəkən məqamlar var: bir dövrün siyasi ab-havası, diplomatik jestlər, mənəvi yaxınlıq...
Rəsmi protokol çərçivəsində çəkilmiş şəkil olsa da, üzlərdə hiss olunan təmkinin arxasında böyük bir tarixi gərginlik dayanır. Çünki həmin ilin Bakısı artıq əvvəlki Bakı deyildi. Ölkə yeni bir dövrə qədəm qoyurdu.
Şəkildə diqqət çəkən məqamlardan biri də milli-mənəvi çalarların aydın hiss olunmasıdır. Baş örtükləri, geyim üslubu, insanların baxışları - bütün bunlar 90-cı illərin əvvəlinə xas olan ictimai ruhu əks etdirir.
Səmra Özalın Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü təsadüfi deyildi. O dövrdə din xadimləri cəmiyyət üçün həm də mənəvi dayaq hesab olunurdu.
Kadrın arxa planındakı baxışlar da maraqlıdır. Hamı eyni nöqtəyə baxır, amma hərənin düşüncəsi fərqlidir. Çünki qarşıda naməlum gələcək vardı. Azərbaycan isə tarixinin ən taleyüklü illərinə qədəm qoyurdu.

Ə.Qafarlı

Bu xəbər ilə bağlı

Bakının məşhur qonaqları: Turqut Özalı Azərbaycana gətirən SƏBƏB - FOTOLAR

Xəbəri oxu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri