Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Heydər Əliyev ilk dəfə Kəbədə Onu kimlər müşayiət etmişdi...

Bir şəklin tarixçəsi: Heydər Əliyev ilk dəfə Kəbədə Onu kimlər müşayiət etmişdi...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

12 dekabr tarixi Azərbaycanın görkəmli dövlət xadimi, mərhum eks-prezident Heydər Əliyevin anım günüdür.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil Heydər Əliyevin anım gününə həsr olunub.
Zaman 1994-cü ilin iyul ayı... Məkan Səudiyyə Ərəbistanının Məkkə şəhəri...
Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Dövlət başçısını böyük nümayəndə heyəti müşayiət edir.
Səfər çərçivəsində Heydər Əliyev Səudiyyə Ərəbistanının Kralı Fəhd bin Əbüləziz Al Səudla görüşüb, danışıqlar aparıb. Rəsmi görüşlərdən sonra dövlət başçısı və onu müşayiət edən nümayəndə heyəti müqəddəs Kəbəni də ziyarət edib.
Bu, Azərbaycanın hakimiyyət nümayəndələrinin ilk Ümrə ziyarəti idi.
Bu şəklin tarixçəsi barədə həmin səfərdə Heydər Əliyevi müşayiət etmiş mərhum deputat Hadi Rəcəbli xatirələrində yazıb:
“Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra qaçqın və məcburi köçkünlərin işlərini, problemlərini mənimlə məsləhətləşirdi. O zaman mən Nazirlər Kabinetində çalışırdım. Ərəb ölkələrindən qaçqın-köçkünlərə hümanitar yardım gətizdirirdik. O dövrlər bizim hökumətin ən çətin zamanları idi. Bakıya hümanitar yardım gətirən ciddəli Əbdülhəmid Dağistani mənə dedi ki, Heydər Əliyevi Həcc ziyarətinə dəvət etmək istəyir, amma çəkinir. Fikirləşirdi ki, birdən razılaşmaz. Dedim ki, Heydər Əliyev Allah adamıdır, heç bir problem yoxdur.
Əslində biz Həcc ziyarətinə getməli idik, ancaq Heydər Əlieyevin vaxtı az olduğu üçün Kəbəyə Ümrə ziyarəti etdik. Onda Ulu öndər hakimiyyətə gələndə ona kömək etmiş, yanında olmuş şəxsləri də özü ilə Səudiyyə Ərəbistanına apardı. Dedi ki, gördünüzmü, mən sizə söz vermişdim, indi də sizi ziyarətə aparıram.
Heydər Əliyev Kəbə evinin içində namazın bütün elementlərini yerinə yetirdi. Allaha dua etdi ki, Qarabağ tezliklə işğaldan azad olunsun”.


Şəkildəkilər (soldan sağa):
Hadi Rəcəbli - Nazirlər Kabinetinin şöbə müdiri;
Eldar Namazov - Prezident katibliyinin rəhbəri, Prezidentin köməkçisi;
Həsən Həsənov – Xarici işlər naziri;
Murtuz Ələsgərov – Bakı Dövlət Universitetinin rektoru;
- 
Səudiyyə Kralı Fəhd bin Əbüləziz Al Səud;
Bəylər Eyyubov – Prezidentin mühafizə xidmətinin rəhbəri;
Vahid Əzizov – Prezident Aparatı Mətbuat xidmətinin əməkdaşı;
Vaqif Axundov - Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəisi;
İlham Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti;
Nemət Pənahlı - Azərbaycan Respublikası Prezidentinin Aparatında dövlət müşavirinin köməkçisi;
Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri