Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Heydər Əliyev dostları ilə Cəlal Əliyevin evində FOTO

Bir şəklin tarixçəsi: Heydər Əliyev dostları ilə Cəlal Əliyevin evində FOTO

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1990-cı illərin əvvəlləri... Sovet rəhbərliyi yanvarda Bakıda qanlı faciə törətmişdi... Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən biri yaşanırdı. Ölkə siyasi böhran, torpaq itkisi, xalqın narahatlığı və gələcəklə böyük bir təlaş içində idi.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1990-cı ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib Bakıya gəlmişdi...
Heydər Əliyev Bakıya qayıdanda çoxları bilirdi ki, bu gəliş nəyinsə başlanğıcı ola bilər. Amma hələ heç kim hadisələrin sonrakı gedişini proqnozlaşdıra bilmirdi...
Həmin çətin vaxtlarda o, qardaşı Cəlal Əliyevin Bakıdakı evində qalırdı. O zaman təhdidlərlə üzləşən H.Əliyev Naxçıvana getməyə məcbur olmuşdu. Naxçıvana gedəndən sonra Heydər Əliyev Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdi. Buna görə də, deputat kimi Azərbaycan SSR Ali Sovetinin sessiyalarında iştirak etmək üçün bəzi vaxtlarda Naxçıvandan Bakıya gəlməli olurdu.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto da həmin dövlərdə lentə alınıb.
Zaman 1991-ci ilin fevralı... Məkan akademik Cəlal Əliyevin evi...
Fotonu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında mühüm rol oynamış “91-lər”dən olan sabiq konsul Xeyrəddin Qoca təqdim edib.
Fotoda Heydər Əliyevlə yanaşı, qardaşı Cəlal Əliyev, Xeyrəddin Qocanın özü, sonralar prezidentin təhlükəsizlik xidmətinə rəhbərlik edən Bəylər Eyyubov da əks olunub.
Xeyrəddin Qoca digər şəxslərin dostlar və Əliyevlərin qohumları olduğunu bildirib.
Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada sədri seçilib.
1993-cü il iyunun 15-də isə Bakıya gələrək siyasi hakimiyyətin rəhbərliyinə qayıdıb.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:572
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri