Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Şahmat tacını satan bakılı NANKOR

Bir şəklin tarixçəsi: Şahmat tacını satan bakılı NANKOR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov... Gənc nəsil onu yaxından tanımasa da, yaşlı və orta nəsildən olanlar yaxşı xatırlayırlar... 1963-cü ildə Bakı şəhərində dünyaya gələn, Azərbaycanın çörəyi və suyu ilə böyüyən, Azərbaycan hökumətinin dəstəyi sayəsində dünya şahmat tacına sahib olan ziddiyətli adam...
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto Bakıda çəkilib.
Zaman 1985-ci il... Məkan Bakının dənizkənarı bulvarı... Rusiyalı şahmatçı Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanmış Harri Kasparov bulvar gəzintisində...
Onda hələ heç kim bilmirdi ki, dünya şahmat tacına yiyələnmiş Kasparov 5 ildən sonra (1990-cı ildə) Bakını tərk edərək anti-Azərbaycan kampaniyasına başlayacaq...
Bakıdan gedən Harri qarışıq 90-cı illərdə bütün informasiya cəbhələrində Azərbaycana qarşı hədyanlar yağdırırdı. Təbii ki, bu onun “erməni qarışığı” olmasından irəli gəlirdi... Axı yəhudi milliyətindən olan atası Kim Vaynşteyni 7 yaşında itirən Harri, anası – erməni qadın Klara Kasparovanın təsiri altında böyümüşdü... O, 13 yaşına kimi Harri Vaynşteyn ad-soyadı daşımışdı, 1976-cı ildə isə anasının soyadını qəbul edərək Harri Kasparov olmuşdu. Qarabağ hadisələri başlayanda Harri Kasparovun qanındakı “erməni qarışığı” üzünə vurdu.

Harri Kasparov 1990-cı ilə kimi Bakıda şahzadə kimi yaşayanda, ondan Ermənistana məhəbbətlə bağlı heç kim heç nə eşitməmişdi. Əksinə, Azərbaycana sevgisinə and içmişdi. O, Azərbaycan komsomolunun qurultaylarının birində demişdi: “Bu bərəkətli torpaq məni böyütdü, ayaq üstə qoydu...”.

1990-cı ilin 20 Yanvar qırğınından dərhal sonra “KQB”nin xüsusi təyyarəsində ailəsilə birgə Bakıdan Moskvaya köçən Kasparov Rusiyada və xaricdə keçirilən çoxsaylı mətbuat konfranslarında verdiyi bəyanatlarda Azərbaycanı ittiham etməyi bir an olsun belə dayandırmırdı.
“Azərbaycanla bütün iqtisadi əlaqələr cinayətdir...”, “Biz neftə görə Azərbaycanın cinayətlərini bağışlaya bilmərik...”, - deyə o, dünya ictimiayyətini ermənilərin müdafiəsinə qalxmağa çağırır, “Qarabağ problemi”nə görə yalnız azərbaycanlıları suçlayırdı...
O, heç vaxt azərbaycanlı qaçqın-köçkünlərdən, 20 Yanvar qırğınından, Xocalı qətliamından bir kəlmə də danışmadı...
Kasparov bir jurnalistin Xocalı soyqırımı ilə bağlı sualına belə cavab vermişdi: “Orada bəzi hadisələr baş verib ki, onları şərh etmək mənim üçün çətindir”.
Harri Kasparov azərbaycanlılara o qədər kin bəsləyirdi ki, hətta şahmat üçrə dünya çempionu olanda ona bağışlanmış qiymətli tacı belə sataraq, əldə etdiyi pulu ermənilərə kömək fonduna keçirmişdi. Bu faktı uzun illərdən sonra Beynəlxalq Şahmat Federasiyasının (FİDE) keçmiş prezidenti, məşhur kalmık biznesmen Kirsan İlyumjinov açıqlayıb.
İlyumjinov mətbuata etiraf edib ki, o, bir dəfə Harri Kasparovdan çox bahalı tac alıb:
“1990-cı ildə Anatoli Karpova qarşı çempionluq matçında qalib gələndə “Korloff” zərgərlik şirkəti Kasparova 1118 ədəd ağ-qara almazdan hazırlanmış tac hədiyyə etmişdi. Həmin tac Fransadakı banklardan birində saxlanılırdı. Kasparov onu satıb pulunu erməni qaçqınlara vermək qərarına gəlmişdi. Hətta bir alıcı, ərəb şeyxi də var idi. Amma şeyx birdən harasa yoxa çıxdı, Kasparov isə artıq erməni qaçqınlara pul vəd etmişdi. O zaman bu tacı ondan mən satın aldım...
Razılaşdıq ki, tac üçün 1 milyon dollar ödəyəcəyəm. Sövdələşmə zamanı Kasparov gileyləndi ki, Fransa hökuməti ona verəcəyim məbləğin 30 faizini vergi şəklində tutub alacaq. O, həmin vergi məbləğini də mənə yükləməyə çalışanda, artıq dözməyib qəzəbləndim. Dedim ki, vergini niyə mən ödəməliyəm?
Kasparov isə pul itkisi ilə barışmaq istəmirdi. Buna görə də o, tacı qaçaqmalçılıq yolu ilə İsveçrənin Sürix şəhərinə aparmalı idi, mən onu orada gözləyirdim. Və bizim sövdələşmə İsveçrədə baş tutdu...”.
Harri Kasparov “Qarabağ məsələsi”nin həmişə Ermənistanın xeyrinə nəticələnməsinə çalışıb. O, Azərbayana qarşı bəslədiyi nifrəti doğulduğu yer haqqında danışarkən belə biruzə verib:
“Mən paytaxtı Moskva olan ölkədə doğulmuşam”.
Harri Kasparov 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da susmurdu. O, Rusiyanı hadisələrə ciddi müdaxilə etməməkdə günahlandırır, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana silah satmaqda suçlayır, Azərbaycan prezidenti İlham Əliyevin isə dayanmayacağını söyləyirdi...
Harri Kasparov 2020-ci ilin noyabrında “Exo Moskvı”ya müsahibəsində Qarabağ məsələsinin sonuna dair proqnoz verərəkən “təsəvvür etmirəm ki, ermənilər ən azı bir əsr yaşadıqları torpaqları tərk edəcəklər” demişdi... Zaman şahmat üzrə keçmiş dünya çempionunun yanıldığını göstərdi...
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri