Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi İlqar Əlfi yazır

Bir şəklin tarixçəsi İlqar Əlfi yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

İlqar ƏLFİ

1978-ci il idi. Artıq üç ay idi ki, təyinatla Teleradio Komitəsinin başqa ölkələr üçün proqramlar hazırlayan Xarici verilişlər şöbəsinə gəlmişdim və fəaliyyətimə xəbərlər xidmətində başlamışdım. Şöbənin hədəfi sovet Azərbaycanının qabaqcıl nailiyyətlərilə yaxın qonşularımızı tanış etmək, onlarda bizə qarşı maraq oyatmaq, sosializm yolunda irəliləyən xalqımızın uğurlarına təəccüb yaratmaq və bununla da, onları həyatlarımız arasında olan fərqlərin üzərində düşünməyə təhrik etmək idi.

İşin ödəsindən gələcəyimə heç tərəddüdüm yox idi. Əvvəla, kifayət qədər səviyyəli təhsil almışdım, ikincisi, dördüncü kursda oxuyanda tərcüməçi kimi İrana ezam eidilmişdim, orda bişmiş, yaxşı xasiyyətnamə ilə geri dönmüşdüm, üçüncüsü və ən əsası isə, yazıçı, pedaqoq ailəsində böyümüşdüm, evimizdə ədəbiyyatımızın indi korifey adlandırılan simalarını daim görmüşdüm. Belə ailələrdən çıxan uşaqların yazmaq qanında olur və həyatda heç nəyə əlləri çatmayanda, ən azı ortabab yazar ola bilirlər...

İlk yazım universitetin fizika fakültəsində oxuyan bir əfqan tələbənin öz qrup yoldaşı olan azərbaycanlı qızla ailə qurmasıyla əlaqədar oçerk idi. Bəydadaşın adı indiki kimi yadımdadır - Əzizullah Əhmədyar idi, gəlinbacının adını isə təəssüf ki, unutmuşam.

Həmin oçerkim Xarici verilişlərə rəhbərlik edən Aqşin Babayev rəhmətliyin çox xoşuna gəlmişdi. İlk "letuçkada" cızmaqaramı bütün kollektivə nümunə gətirdi. Mən öz dərsimi "Azərbaycanda bədii publisistikanın banisi" sayılan (ifadə Famil Mehdinin doktorluq dissertasiyasındandır) atamın oçerklərindən almışdım deyə, mənə heç qəribə gəlmədi.

Yzılarımın hər üç dildə səslənməsi üçün, Aqşin müəllim məni xəbərlər və informasiya redaksiyasına kiçik redaktor təyin etdi.

Artıq üç ay idi ki, işləyirdim, xəbərlərim, reportajlarım, oçerklərim ərəb, fars, türk dilində mütəmadi efirə gedir, mütəmadi təqdir olunurdu. Hətta, cəmi üç ay təcrübəmə baxmayaraq, 1978-ci ilin "Sosializm yarışının qalibi" döş nişanıyla da təltif olundum.

İlk çox məsuliyyətli tapşırığımı da onda aldım.

Günlərin birində, Aqşin müəllim məni yanına çağırıb dedi ki, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Qazax rayonuna, Yuxarı Salahlı kəndinə, Səməd Vurğun Poeziya evinə gedəcək, çox düşündüm və bu məsul işi sənə tapşırmaq qərarına gəldim, mənə gözəl bir reportaj lazımdır, elə bilirəm, öhdəsindən gələrsən.

Ürəyimdə çox sevindim, çünki atam bir-iki dəfə Heydər Əliyevi rayon səfərlərində müşayiət etmişdi, qayıdanda həmişə çox maraqlı şeylər danışırdı, öz hesabatını isə "Ədəbiyyat" qəzetində çıxan səmimi yazılarında verirdi...

Səhər yola çıxacaqdım, həmin gecə narahat yatdım. Bu narahatlığım səbəbsiz deyildi; atam respublikamızın başçısı ilə səfərə gedəndə 48-49 yaşı vardı, mənim isə 23 yaşım təzəcə tamam olmuşdu, yəqin hisslərimi anlayarsınız.

Nə isə, Heydər Əliyev Qazax rayonuna öz vaqonunda yola düşdü, biz jurnalistlər isə maşınla getdik.

Poeziya evinin qarşısı yaman qələbəlik idi, rayonun, qonşu rayonların bütün məsulları, camaat ora toplaşmışdı. Jurnalistlər isə bir kənarda dəstə şəklində durmuşdular. Birdən məni tər basdı ki, ay balam, mən də bunların arasında qalsam, səs yaza bilməyəcəm, səssiz də ki, nə reportaj?..

irəli keçmək, rəhbərə yaxınlaşmaq üçün jurnalist fəaliyyətim boyu bircə dəfə vurnuxdum. Vurnuxmağımı Heydər Əliyev də gördü, yanındakı adamdan nəsə soruşdu, sonra mənə yaxınlaşmağım üçün işarə elədi, utana-utana bir az qabağa keçdim, bir də işarə elədi ki, lap yaxın gəl və əlilə özünün düz yanına, pillələrin başındakı səkiyə işarə elədi.

- Cavan oğlan, sən radiodan gəlmisən?

- Bəli. 

- Hansı şöbədənsən?

- Xarici verilişlərdən.

- Cənuba da siz verirsiniz?

- Bəli, mən elə o redaksiya üçün reportaj hazırlayıram...

- Onda, yanımda olarsan, içəridə də böyrümdən çəkilmə.

- Olar arxanızda durum, arxadan səsi yazmaq daha rahatdı...

- Necə rahatdısa, elə elə.

Beləliklə, respublika rəhbərinin arxasında durub, mikrofonumun dəstəyini uzatdım...

Tədbir qurtarandan sonra üzünü mənə tutub, soruşdu:

- Çoxdan işləyirsən?

- Xeyr, üç-dörd ay olar.

- Xarici dil bilirsən bəyəm?

- Mən Şərqşünaslıq oxumuşam, fars dili tərcüməçisiyəm, İranda da işləmişəm...

Diqqətlə məni süzüb dedi:

- Mənim qızım da orda oxuyub, ərəb dilində.

- Tanıyıram, Heydər Əliyeviç, Sevillə bir patokda idik...

- Lap yaxşı... Atan kimdir?

- Əlfi Qasımovdur, yazıçıdır, indi Mətbuat komitəsində baş redaktordur...

- Tanıyıram, yaxşı kişidir... Səni mənimlə hara göndərsələr, kənarda durma, yaxın gəl ki, işləyə biləsən, bildin?

- Baş üstə!

Həmin hadisədən illər keçdi. Amma heç vaxt unutmadım. O vaxt məni yaxına çağırmağın səbəbini dəqiq bilmirdim. Təbii ki, ürəyimdə öz fikrim vardı, amma düzlüyünə arxayın deyildim.

91-ci ildə televiziyadan çıxandan sonra, mətbuatdan demək olar ki, uzaqlaşmışdım. 92-ci ildə məni İran səfirliyinə çağırdılar, müşavir oldum. Elə həmin il də vacib dövləti əhəmiyyət kəsb edən ciddi bir məsələ ilə əlaqədar Naxçıvana on beş günlük ezamiyyətə yollandım və rəhmətlik Heydər Əliyevlə dəfələrlə görüşməli oldum, çünki problemi o həll etməli idi. Və söhbətlərimizin birində fürsət tapıb ürəyimdəki sualı ona verdim:

- Heydər müəllim, sizdən bir məsələni soruşmaq istəyirəm, olar?

Gülümsündü:

- Deyirəm axı, sözlü adama oxşayırsan, soruş gəlsin...

- Bir dəfə sizinlə Qazax rayonuna səfərə getmişdim...

- Hə, 78-ci ildə, sən də radiodan gəlmişdin, yadımdadır...

- Onda o qədər jurnalistin arasından niyə məni yanınıza çağırdınız?

- Başa düşmədin?

- Nə bilim, dəqiq anlamadım...

- Mənə dedilər ki, Cənubi Azərbaycan redaksiyasındansan, ona görə çağırdım. Biz azərbaycanlıyıq, səsimizin Cənubda eşidilməsi hamımıza vacib olmalıdır. Uğur qazanmaq üçün insan öz prioritetlərini düzgün sıralamalıdır... Bəs sən necə bilmişdin?

- Düz bilmişdim, Heydər Əliyeviç...

- Priopitet düzgün müəyyənləşməyəndə, adam problemlərin əlində naçar qalır, unutma...

O günlərdə otağınızda yanan lampanın işığında, telefonu işləməyən o kabinetdə çox söhbətlər elədiniz, mənim üçün çox şeyləri aydınlaşdırdınız...

Əlli ilə yaxın bir vaxt keçib o söhbətlərdən, indi artıq 70 yaşım var və bu zamanadək bütün ömrüm boyu çalışmışam ki, əsas prioritetlərimi gündəlik düzgün sıralayım, enerjim boşa getməsin...

Vaxtilə arzulayırdım ki, Qarabağı azad etmək öz nəslimin qismətinə düşsün, alınmadı, problemi indiki cavanlar üçün qoyduq. Müharibə başlayanda üç oğlumun üçü də cəbhəyə könüllü getmək üçün bir-birindən xəbərsiz ərizə verdi. Müharibəni yaşıdları etsə də, onlara qismət olmadı.

İndi Ağdama köçmək istəyirəm, indiki zamanda mənim prioritetim budur. İstəyirəm, orda bir işin qulpundan tutub, Allah verən ömrün qalanını həm özüm, həm əb-əcdadım, həm də xalqımız üçün prioritet olan Böyük Qayıdışımıza sərf eləyim. Həyatımın məntiqi sonluğu, məncə, belə olmalıdır.

Bu xatirəmi may ayının 10-da, Sizin ad gününüzdə yazacaqdım, Böyük Kişi, amma Ağdamda idim, möhtəşəm tədbirin sevincini bölüşmək üçün el-obamın arasındaydım.

Həmin gün Prezidentimizin keçirdiyi açılışlar da elə düzgün seçilmiş prioritetlərdən xəbər verirdi.

Ağdamda dəmiryolu stansiyası açıldı - bu, xalqın rifahı, rahatlığı yolunda prioritetdir. Hər dəfə doğma yerlərə rahat gedəndə, dua edəcəklər.

Muğam evinin açılışı isə qan yaddaşımızı daim tərpədəcək. İnsanlar hər səhər o gözəl binanın qarşısından harasa gedəndə üstündəki yazıları oxuyacaq, oxuyan kimi də, minillik muğamımız onların hisslərinə daraq çəkib, ən təmizlərini aşkara çıxaracaq...

Bu gün Azərbaycanın yenidənqurması məhz Qarabağdan başlanır, XXI əsrin şəhərləri, kəndləri məhz dağılmış yurd yerlərimizdə Prezidentimizin dövlətçi iradəsilə qurulur və əminəm ki, eyni dəsti-xətt bütün Azərbaycanda görünəcək.

Bu yolda ömür sərf etməyə vallahi dəyər, Böyük Kişi!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 23 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri