Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Bəşər Əsəd Azərbaycanda…

Bir şəklin tarixçəsi: Bəşər Əsəd Azərbaycanda…

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu gün bütün dünya ondan danışır… Keçmiş göz həkimi, Suriyanın devriləndən sonra Moskvaya qaçan prezidenti Bəşər Əsəddən…
Suriyada əsrin təxminən dörddə biri qədər hakimiyyətdə qalan Bəşər Əsəd müxtəlif xarici sədərlərdə olub. O, Azərbaycana da gəlib.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir fotoşəkil də Bəşər Əsədin Azərbaycan səfərini əks etdirir.
Zaman 2009-cu ilin iyul ayı, məkan Azərbayan Milli Məclisi...
Suriya prezidenti Bəşər Əsəd ölkəmizə rəsmi səfər edib. O zaman Suriya rəhbəri hələ yüz minlərlə insanın ölümünə səbəb olan “əcinnə” sayılmırdı. Oftalmoloq (göz həkimi) olmaq üçün tibbi təhsil alan Bəşər Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra prezident seçilmişdi. O, ölkəsində islahatlar aparacağını vəd etmişdi.
Bəşər Əsəd Bakıya səfər edəndə hakimiyyətə gəlişindən 9 il ötürdü. O, perspektivli və Qərbyönlü gənc lider kimi təqdim olunurdu.
Milli Məclisdə Bəşər Əsədi Azərbaycan-Suriya dostluq qrupunun o zamankı rəhbəri, deputat Cavanşir Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qardaşı-red.) qarşılamışdı. Bu fotoşəkil də həmin götrüşdə lentə alınıb.
2009-cu ildə Suriya prezidenti Bəşər Əsədin Azərbaycana iki günlük rəsmi səfəri 8-9  iyulda gerçəkləşmişdi...
Suriyada Bəşər Əsədə qarşı xalq hərəkatı 2011-ci il martın 15-də ölkənin cənubundakı Dera şəhərində bir qrup tələbənin məktəbin divarına “Ey həkim, növbə sənindir!” yazması ilə başlayıb. O günlər ərəb ğlkələrində liderlərin devrildiyi “ərəb baharı” günləri idi. O vaxtdan bəri 13 ildir milli barışıq yolunda önəmli addımlar atmayan Bəşər Əsədə də nəhayət növbə çatdı... İran və Rusiya kimi himayədarlarından dəstək olmayanda çarəni ölkəni tərk edib qaçmaqda gördü...
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri