Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Bir sənədin qeydiyyata alınması aylar və illər çəkir Vüqar Tofiqli

Bir sənədin qeydiyyata alınması aylar və illər çəkir Vüqar Tofiqli

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mətin Eynullayevin məsələyə yanaşmasını yalnış addım hesab edirəm. Qurum rəhbəri diqqəti problemin həllinə yox, problemin yaranmasında əsas günah sahibi kimi vətəndaşı göstərir"

Sənədsiz evlərə görə vətəndaşın günahlandırılması ən asan yoldur. Zaman-zaman rüşvət alıb vətəndaşa hansısa ərazidə fərdi ev tikməyə “icazə verən”, qanunuzluğu yaradan məmurlar sudan quru çıxmağın – cəzadan yayınmağın yolunu bunda görürlər.

Qanunla rüşvət verən də gühankardır, alan da. Bu, ayrı məsələ. Lakin illərlə həll olunmayan problemi yalnız vətəndaşın üzərinə yıxmaq nə dərəcədə ədalətlidir? Bu günlərdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sənədsiz evlər probleminin yaranmasına görə vətəndaşları günahlandırıb. Guya ki kimsə kefindən sənədsiz ev tikir, kənddən məcburiyyət qarşısında şəhərə gələn vətəndaşın daldalanmaq üçün evi olmalıdır, ya yox? Bəs bu ev tikiləndə həmin ərazinin icra hakimiyyəti hara baxırdı? Əlbəttə, vətəndaşın ondan tələb olunan pulu verib-vermədiyinə. Bu, hər kəsə gün kimi aydındır: torpağın pulu ödənilir, tikintiyə qeyri-rəsmi icazə verilir, sonra işə başlanır. İcraya pul ödənməmiş kimə icazə verərlər iki daşı üst-üstə qoysun? Həmin pulların hara, kimlərin cibinə getdiyi, dövlətdən gizlədildiyi də ayrı mövzudur. Belə olan halda niyə əziyyəti ancaq vətəndaş çəkməlidir?  

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında M.Eynullayevin çıxışından xəbərdar olduğunu dedi: 

- M.Eynullayev sənədsiz evlərlə bağlı "maraqlı fikirlər" səsləndirib. Gec də olsa bu məsələyə münasibət bildirməyi özümə borc bilirəm. Qurum rəhbəri diqqəti problemin həllinə yox, problemin yaranmasında əsas günah sahibi kimi vətəndaşı göstərir. Mətin Eynullayevin məsələyə bu prizmadan yanaşmasını yalnış addım hesab edirəm. Təklif edərdim ki, məsələni iki kateqoriyaya bölməklə bir növ fikri əsas məsələdən yayındırmaqdansa, otuz ildən artıq bir müddətdə sənədsiz mənzildə yaşayan, hər bir kommunal xidmətdən yararlanan vətəndaşa problemin həllini göstərsəydi daha yaxşı olardı. Rəisin diqqətinə çatdırmaq istərdim ki, bu problemin yaranmasında günahı tək vətəndaşın üzərinə atmaq ən azı insafsızlıqdı, ədalətsizlikdir. Bunu rəisin özü də bilməmiş deyil. Bu açıqlamanın əvəzinə Mətin Eynullayev vətəndaşı və bələdiyyələri ciddi şəkildə narahat edən bəzi suallara cavab versəydi daha məqbul olardı. Məsələn, bu gün vətəndaşın torpaq sənədləşdirməsi ilə bağlı hər bir müraciətinə niyə imtina cavabı verilir. Mətin Eynullayevin rəhbəri olduğu qurumda vahid elektron xəritə nə vaxt hazır olacaq? Rəis bilirmi ki, bu günədək kadastr, reyestr və əmlak xidmətinin özündə vahid elektron xəritə yoxdur? Baxmayaraq ki, bu xəritənin hazırlanmasına kifayət qədər vəsait ayrılıb. Dürustləsdirmə nə vaxt başa çatacaq? Bunu da vətəndaş yaradıb? Məhz M.Eynullayevin rəhbərlik etdiyi qurumun təklifi ilə Qiymətləndirmə Palatası yaradılıb. Palatadakı vəziyyət barəsində rəisin məlumatı varmi, niyə palatanın üzv olduğu MMC-lərin rəyləri xidmət tərəfindən qəbul olunmur?  

Günahı vətəndaşın üzərinə atmaq yox, müraciətlərə vaxtında, qanunun tələb etdiyi vaxtda cavablandırmağı düşünmək lazımdır. Bir sənədin qeydiyyata alınması aylar və illər çəkir. Bu gün heç bir səbəb olmadan xidmət tarifləri artırılıb. Niyə, hansı səbəbdən? Bütün hallarda bu gün Mətin Eynullayevin rəhbəri olduğu qurumdan heç də hər kəs xoş soz deyə bilmir. Çünki qurum rəsmiləri vətəndaşlar arasında o qədər süni problem yaradıblar ki, bu sözü deməyə bir əsas da yoxdur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Avqust 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri