Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda aparılan təmir işləri ilə əlaqədar bir sıra küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq ediləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər) 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək yol tam bağlanacaq.
Şeyx Şamil küçəsində (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər) isə 1–3 avqust tarixlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək hərəkət qismən məhdudlaşdırılacaq.
Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər) isə 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək yol tam bağlanacaq.
AAYDA sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, alternativ marşrutlardan istifadə etməyi və təmir işləri aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 31 İyul 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















