Nüvə təhlükəsi: Kiçik bir şüşə bizi qoruyacaq?
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaxın Şərqdəki müharibə təhlükəli bir mərhələyə çatıb.
İranın Nətənz şəhərindəki zənginləşdirmə kompleksinə və nüvə obyektinin yerləşdiyi İsrailin Dimona şəhərinə zərbələr endirildiyi bildirilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
O, agentliyin dünən İranın cənub-şərqində və İsrailin Dimona şəhərində baş verən hadisələri araşdırdığını bildirib:
"Obyektin xaricində hər hansı bir anormal və ya yüksək radiasiya səviyyəsi barədə məlumat verilməyib. Nüvə obyektlərinə edilən hücumlar ictimai səhiyyə və ətraf mühit təhlükəsizliyi üçün artan təhlükə yaradır".
Qebreyesus bildirib ki, hərbi əməliyyatların başlamasından bəri ÜST nüvə hadisəsi baş verərsə, ictimai səhiyyə təhdidlərinə effektiv şəkildə cavab vermələri üçün 13 ölkədəki işçilərinə və BMT işçilərinə mühüm təlimlər keçib:
"Bütün tərəfləri maksimum hərbi təmkin göstərməyə və nüvə insidentinə səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıram. Liderlər gərginliyin azaldılmasına və mülki əhalinin qorunmasına üstünlük verməlidirlər".
Nüvə təhlükəsi zamanı insanlar necə qoruna bilər?
"Cebheinfo.az" araşdırmalara istinadən xəbər verir ki, nüvə partlayışı zamanı ətrafa ionlaşdırıcı radiasiya yayılır. Bu radiasiya insan hüceyrələrinə zərər verərək DNT-ni zədələyə, uzunmüddətli perspektivdə isə xərçəng riskini artıra bilər.
Ən təhlükəli məqamlardan biri isə radioaktiv maddələrin havaya qarışaraq tənəffüs yolu ilə və ya qida vasitəsilə orqanizmə daxil olmasıdır. Nüvə müharibəsi və ya radiasiya təhlükəsi yarandıqda, qorunma əsasən düzgün qərarların vaxtında verilməsindən asılı olur.
Belə vəziyyət baş verərsə, ilk görülməli iş dərhal təhlükəsiz sığınacağa yönəlməkdir, çünki qalın divarlı binalar, zirzəmilər və yeraltı məkanlar radiasiyanın təsirini nəzərəçarpacaq dərəcədə azaldır. Açıq ərazidə qalmaq və uzun müddət çöldə hərəkət etmək təhlükəli sayılır, buna görə mümkün olduqca qapalı və qorunan yerlərdə qalmaq daha məqsədəuyğundur.
Hadisədən sonrakı ilk saatlar xüsusilə önəmlidir və bu müddətdə çölə çıxmamaq, qapı və pəncərələri bağlı saxlamaq lazımdır. Əgər insan çöldə olub geri qayıdarsa, üzərindəki radiasiya hissəciklərinin azaldılması üçün geyimini dəyişmək və duş qəbul etmək tövsiyə olunur. Qida və su istifadə edilərkən yalnız etibarlı və qablaşdırılmış məhsullara üstünlük verilməlidir, açıqda saxlanılan ərzaqlardan isə istifadə edilməməlidir.
Eyni zamanda, vəziyyətlə bağlı yalnız rəsmi mənbələrin məlumatlarına əsaslanmaq vacibdir, çünki düzgün yönləndirməni aidiyyəti dövlət qurumları təmin edir. Nüvə təhlükəsi ehtimalı zamanı apteklərdə panika ilə alınan yod preparatları əslində konkret bir məqsədə xidmət edir.
Kalium yodid yalnız qalxanabənzər vəzini radioaktiv yodun təsirindən qoruma məqsədi daşıyır və bütün növ radiasiyaya qarşı ümumi müdafiə vasitəsi deyil. Bu səbəbdən həmin preparat həkim və ya rəsmi göstəriş olmadan qəbul edilməməlidir.
Nüvə təhlükəsi zamanı insanlar sakit qalmalı, rəsmi məlumatları izləməli, mümkün olduqda sığınacağa yerləşməli və təhlükəsizliyini qorumaq üçün verilən göstərişlərə əməl etməlidirlər.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















