Icma.az
close
up
RU
Bir uşağın məktəbə getməyi neçəyə başa gəlir?

Bir uşağın məktəbə getməyi neçəyə başa gəlir?

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Cari ilin son 8 ayının istehlak qiymətləri səviyyəsinə baxdıqda bu ay ərzində 5,7%-lik inflyasiyanın nisbətən yüksələcəyi ehtimalı var. Çünki ilin sentyabr ayı həmişə alış-verişin sürətləndiyi, genişləndiyi ay sayılır. Bu da yeni tədris ilinin başlanması, başqa sözlə desəm, valideynlərin məktəb xərclərinin ortaya çıxması ilə əlaqədar baş verir.

Sual yaranır ki, bəs görəsən bu il necə, sözügedən xərclərdə nəsə bir dəyişiklik, artım və yaxud azalma yaranıbmı? Məktəbli forması, ayaqqabı, çanta, dəftərxana ləvazimatları və digər zəruri alış-verişlər müvafiq ailələrin büdcələrinə keçən ildəkindən az, yoxsa çox yük təsiri bağışlayacaq? Ümumiyyətlə, bir uşağın bu ilin sentyabrında yeni tədris ilinə getməyi neçəyə başa gəlir?

Öncə qeyd edim ki, ildən-ilə istehlak qiymətləri indeksində yalnız yuxarıya doğru dəyişiklik baş verdiyindən bu və ya digər xərclərdə heç bir hər hansı formada azalmadan söhbət gedə bilməz. Cari ilin yanvar-avqust aylarında ümumi istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb ki, qeyri-qida məhsulları üzrə bu rəqəm 3,7% təşkil edib. İlkin olaraq ən azı bu rəqəm də varsa, uşağın yeni tədris ilinə ayaq basması üçün alınmalı olan təhsil və tədris ləvazimatlarının üstünə oturacaq və yaxud da, oturub artıq... Pepperoni pizza

Hər il sentyabrda tələbatın bir az da artıq olduğunu nəzərə aldıqda isə demək, 3,7% bir az daha da şişəcək. Bundan əlavə, çeşid, yəni keyfiyyət məsələlərini də diqqət mərkəzinə gətirdikdə bir uşağın cari ildə məktəbə getməyi keçən ildəki ilə müqayisədə orta hesabla 10%-dən çox baha başa gəlir. Bu da 250-300 manatdan yuxarı deməkdir.

İndi gəlin nəzər yetirək görək əhalinin nominal gəlirləri, həmçinin orta aylıq nominal əməkhaqqı nə qədər və hansı səviyyədə artıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artıb. Yanvar-iyul aylarında isə illik artım 9,8% idi. Göründüyü kimi, gəlirlərin artım tempi 0,4 faiz bənd zəifləyib.

Orta aylıq nominal əməkhaqqına gəldikdə isə 2026-cı ilin yanvar-iyul ayları üzrə sözügedən göstərici 1176,7 manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% yüksəlib.

Qeyd edim ki, əvvəlki müqayisəli göstərici 7% təşkil etməklə illik artım tempi 0,2 faiz bənd yüksəlmiş hesab olunsa da bu rəqəm özü də cari ildə bir uşağın məktəbə getməyinin keçən ildəki ilə müqayisədə orta hesabla 10%-dən çox baha başa gəlməsi göstəricisindən aşağı sayılır.

Bütün bu qeyd edilənlərə əsasən də əldə olunan qənaət budur ki, cari ildə yeni tədris ili bir neçə məktəbli uşağı olan ailələr üçün daha ciddi maliyyə yükü yaradacaq və yaxud artıq, yaradıb da... Belə ki, 1 uşağın yeni tədris ilinə başlaması, ölkə üzrə orta aylıq nominal əməkhaqqı səviyyəsi göstəricinin 25%-dən çox hissəsinə bərabər məbləğdə başa gəlirsə, demək, 2 və ya daha çox məktəbli yaşında uşağı olanlar üçün bu rəqəm 1000 manat civarında təşkil edir.

Pərviz Heydərov 

Oxu.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Sentyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri