Icma.az
close
up
RU
Azərbaycanda bir uşağın 18 yaşına qədər böyüdülməsi neçəyə başa gəlir? Araşdırma

Azərbaycanda bir uşağın 18 yaşına qədər böyüdülməsi neçəyə başa gəlir? Araşdırma

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Azərbaycanda bir uşağın doğulduğu gündən 18 yaşına qədər böyüdülməsi üçün təxminən 71–92 min manat vəsait tələb oluna bilər.
Yeniavaz.com
-un apardığı araşdırmaya görə, bu göstərici dövlət məktəbində təhsil alan, lakin müəyyən dövrdə repetitor yanına gedən uşaq üçün aparılan təxmini hesablamaya əsasən əldə olunub.
Qeyd edək ki, daha qənaətli şəraitdə xərc aşağı, özəl bağça, intensiv repetitor hazırlığı və əlavə fəaliyyətlər olduqda isə xeyli yüksək ola bilər.
Uşağın dünyaya gəlməsi ilə ailənin qarşısında ilk növbədə doğuş, tibbi müayinə, geyim, yataq və qulluq ləvazimatları ilə bağlı xərclər yaranır.
Doğuşun dövlət tibb müəssisəsində və ya özəl klinikada baş verməsi, təbii doğuş və ya qeysəriyyə əməliyyatının seçilməsi, habelə tibbi sığortanın əhatəsi yekun məbləğə ciddi təsir edir.
İlkin xərclər aşağıdakı kimi olur:
- Doğuş və tibbi xidmətlər üçün ailənin ödədiyi vəsait: 0–2 000 manat.
- Hamiləlik dövründə əlavə müayinə və analizlər: 200–600 manat.
- Yeni doğulmuş uşaq üçün geyim və tekstil: 200–400 manat.
- Beşik, uşaq arabası və ilkin avadanlıqlar: 500–1 200 manat.
- İlk qulluq vasitələri və digər ləvazimatlar: 100–250 manat.
İlkin mərhələ üçün hesablamada 1 500–3 000 manatlıq büdcə götürmək olar.
İlk üç il – bez, qida, geyim və tibbi xidmətlər
Uşağın həyatının ilk üç ili xərc baxımından xüsusi dövrdür. Bu yaşda uşaq sürətlə böyüdüyündən geyim və ayaqqabı tez-tez dəyişdirilir. Uşaq bezləri, gigiyena vasitələri, qidalanma və müntəzəm tibbi müayinələr də davamlı xərc yaradır.
Bez xərcləri uşağın neçə aylıq olmasından, gündəlik istifadə sayından və seçilən markadan asılıdır. Daha ucuz məhsul seçən ailə ilə premium markalardan istifadə edən ailənin xərcləri eyni olmayacaq.
Uşağın ilk illərində bezə çəkilən ümumi xərc təxminən 1 000–1 800 manat ola bilər.
Ana südü ilə qidalanma zamanı süni qida qarışıqlarına ehtiyac azala bilər. Lakin əlavə qida, süd məhsulları, meyvə-tərəvəz, ət, sıyıq və digər məhsullar üçün yenə də vəsait tələb olunur.
İlk 3 il üçün xərc istiqamətləri aşağıdakı kimi olacaq:
- Uşaq bezləri və yaş salfetlər: 1 000–1 800 manat.
- Süd qarışıqları və əlavə uşaq qidaları: 500–2 500 manat.
- Digər qidalar: 2 000–3 500 manat.
- Geyim və ayaqqabı: 1 200–2 000 manat.
- Gigiyena və qulluq vasitələri: 400–800 manat.
- Həkim, analiz, dərman və peyvəndlə bağlı əlavə ödənişlər: 500–1 500 manat.
- Oyuncaqlar, yataq dəsti və digər əşyalar: 500–1 000 manat.
Beləliklə, ilk üç il üçün əsas gündəlik və ilkin qulluq xərclərini təxminən 6 000–13 000 manat intervalında qiymətləndirmək mümkündür.
3–6 yaş – bağça, qidalanma və inkişaf xərcləri
Uşaq böyüdükcə bez və xüsusi körpə qidasına çəkilən xərclərin bir hissəsi azalır. Bunun əvəzində bağça, gündəlik qidalanma, geyim, ayaqqabı, oyuncaqlar və inkişaf məşğələləri ailənin büdcəsində daha çox yer tutmağa başlayır.
Bu yaş dövründə əsas fərq uşağın dövlət bağçasına, yoxsa özəl bağçaya getməsidir. Dövlət bağçasına gedən uşaq üçün ödənişli xidmətlərə çəkilən xərc daha məhdud ola bilər. Özəl bağçada isə aylıq ödəniş ailənin büdcəsinə ciddi təsir göstərir.
3–6 yaş dövrü üçün xərc istiqamətləri aşağıdakı kimi olur:
- Qidalanma: 3 000–4 500 manat.
- Geyim və ayaqqabı: 1 500–2 500 manat.
- Bağça və uşaq baxımı: 0–7 200 manat.
- Oyuncaqlar, kitablar və inkişaf məşğələləri: 800–1 800 manat.
- Gigiyena və tibbi ehtiyaclar: 800–1 500 manat.
- Gəzinti, nəqliyyat və digər xərclər: 600–1 200 manat.
Bu yaş dövrü üçün ümumi xərc təxminən 7 000–19 000 manat ola bilər. Özəl bağçanın daha bahalı olduğu hallarda məbləğ bu həddi də keçə bilər.
Məktəbə hazırlıq – birinci sinfə getmək də xərc tələb edir
Uşağın məktəbə başlaması valideynlər üçün yeni xərc mərhələsidir. Məktəbli forması, ayaqqabı, çanta, dəftər, qələm, rəsm ləvazimatları və digər əşyalar adətən tədris ilinin əvvəlində alınır. İl ərzində köhnələn və itirilən ləvazimatların yenilənməsi də lazım gəlir.
Lakin 100–210 manat yalnız ilkin alış-verişə aiddir. Ayaqqabı, qış geyimi, idman forması, çanta və bəzi ləvazimatların yenilənməsi də nəzərə alınmalıdır.
Bir məktəbli üçün illik büdcə aşağıdakı kimi olur:
- Məktəbli forması və gündəlik geyim: 150–300 manat.
- Ayaqqabı və idman ayaqqabısı: 100–250 manat.
- Çanta və məktəb ləvazimatları: 100–210 manat.
- Kitablar, əlavə vəsaitlər və çap materialları: 50–150 manat.
- Tədbirlər, sinif ehtiyacları və digər xərclər: 50–150 manat.
Bu hesablamada dövlət məktəbində təhsil nəzərdə tutulur. Özəl məktəbin təhsil haqqı və məktəb servisi daxil deyil.
Məktəbli uşağın qidalanması – ailənin ən böyük gündəlik xərclərindən biri
Uşaq məktəb yaşına çatdıqda ailənin qida büdcəsində onun payı artır. Evdə səhər yeməyi, məktəbdə və ya yolda qidalanma, günorta və axşam yeməkləri, meyvə, süd məhsulları və digər ərzaqlar bu xərclərə daxildir.
Məsələn, uşağın qidalanmasına görə ailənin ərzaq xərci gündə orta hesabla 4 manat artırsa, bu, ayda 120 manat, ildə isə 1 440 manat edir. 12 il ərzində eyni qiymətlərlə bu məbləğ 17 280 manat təşkil edir.
Faktiki məbləğ uşağın yaşına, iştahasına, evdə yemək hazırlanmasına və məktəbdən kənarda qidalanmasına görə dəyişir.
Repetitor xərcləri – ümumi büdcəni ən çox artıran istiqamətlərdən biri
Uşağın təhsil xərcləri dövlət məktəbində oxuması ilə bitmir. Xüsusilə yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə hazırlığa ehtiyac yarana bilər.
Bir fənn üzrə aylıq hazırlıq qiymətinin Bakının mərkəzində 50–100 manat, rayonlarda isə 30–50 manat arasında dəyişə bilir. Qiymət müəllimdən, dərsin fərdi və ya qrup şəklində keçirilməsindən, eləcə də hazırlıq yerindən asılıdır.
Beləliklə, 3-5 fənn üzrə üçillik hazırlıq üçün təxminən 8 100 manat xərclənməsi orta ssenari kimi götürülə bilər.
6–18 yaş – geyim, nəqliyyat, telefon və gündəlik ehtiyaclar
Uşağın məktəbə getdiyi 12 il ərzində ailənin xərcləri təkcə təhsil ləvazimatlarından ibarət olmur. Yeniyetməlik dövründə geyim və ayaqqabı xərcləri arta, mobil telefon və internet ehtiyacı yarana, idman, musiqi, dil kursları və digər fəaliyyətlər ailə büdcəsinə əlavə yük gətirə bilər.
Ümumiləşdirdiyimiz zaman 6–18 yaş dövrü üçün xərc istiqamətləri əsasən aşağıdakı kimi olur:
- Qidalanma üçün ailənin əlavə xərci: 17 280 manat.
- Geyim və ayaqqabı: 6 000 manat.
- Məktəb ləvazimatları və digər təhsil materialları: 3 000 manat.
- Nəqliyyat: 7 200 manat.
- Həkim, dərman və digər tibbi ehtiyaclar: 3 000 manat.
- Telefon və internet: 1 200 manat.
- İdman, dərnək və əlavə məşğələlər: 4 800 manat.
- Kompüter, telefon və digər texniki avadanlıqlar: 2 500 manat.
- Ad günü, bayram, gəzinti və istirahət: 3 600 manat.
Bu xərclərin cəmi repetitor hazırlığı nəzərə alınmadan 48 580 manat edir. Repetitor hazırlığı üçün orta hesabla 8 100 manat da əlavə olunduqda, 6–18 yaş dövrü üzrə göstərilən əsas xərclər təxminən 56 680 manat təşkil edir.
Valideynlərin çox vaxt ayrıca hesablamadığı xərclər
Uşağın böyüdülməsinin ümumi dəyərini hesablayarkən bəzi xərc istiqamətləri diqqətdən kənarda qala bilər. Halbuki 18 il ərzində bu xərclər də ailə büdcəsinə təsir edir.
Beşikdən çarpayıya, yazı masasından şkafa qədər mebel uşağın böyüməsi ilə yenilənə bilər. Bu istiqamət üçün 18 il ərzində 1 500–4 000 manatlıq şərti büdcə götürmək mümkündür.
Uşağın ailə ilə birgə yaşaması su, elektrik, qaz, yuyucu vasitələr və digər məişət xərclərinə təsir edir. Uşağa aid əlavə payın ayda orta hesabla 20–40 manat olması fərziyyəsi ilə 18 ildə 4 320–8 640 manat alınır.
Gözlənilməz tibbi xərclər, səyahət və ailə istirahəti
Mövsümi xəstəliklər, stomatoloji xidmətlər, eynək, əlavə analizlər və digər ehtiyaclar hər ailədə eyni olmur. Bu xərclərin bir hissəsi tibbi xidmətlər üçün ayrılmış əsas büdcədən kənara çıxa bilər. Uşaq ailə ilə birlikdə səfərlərə gedirsə, onun yol, yaşayış və əyləncə xərcləri yaranır.
Bu hesablamanın əsas ssenarisində bir uşağın 18 yaşına qədər böyüdülməsi üçün təxminən 71–92 min manatlıq xərc alınır. Lakin bu, bütün ailə xərclərinin tam əhatə olunduğu maksimum yekun deyil. Özəl bağça, əlavə tibbi ehtiyaclar, ev təsərrüfatının uşağa düşən əlavə payı, daha çox repetitor hazırlığı və digər xərclər məbləği artıra bilir.
Aylıq və illik hesabla valideynin üzərinə nə qədər xərc düşür?
71–92 min manatlıq ümumi büdcə illik orta hesabla 4 528 manat (3 945–5 111 manat), aylıq orta hesabla 378 manat (330–426 manat) təşkil edir.
Onu da qeyd edək ki, Azərbaycanda 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri