Icma.az
close
up
RU
Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? Kaspi nin ARAŞDIRMASI

Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? Kaspi nin ARAŞDIRMASI

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

2025-ci ilin payız tədris mövsümünə yaxınlaşdıqca, məktəb ləvazimatları bazarında diqqətçəkən tendensiya müşahidə olunur. Qiymətlər keçən illə müqayisədə aşağı enib. Ekspertlər mövcud tendensiyanın dəyişə biləcəyini düşünürlər.

Yeni dərs ilinə bir aydan az vaxt qalır. Valideynlər artıq məktəb bazarlığına start veriblər. Hər il olduğu kimi, bu il də onları xərclər düşündürür. Xüsusilə məktəbli formalarının qiyməti, keyfiyyəti və mövcud endirim kampaniyaları əsas maraq mövzularındandır. Dəftər-qələm, məktəbli geyimi, çanta və digər ləvazimatların alınması bu günlərdə ailə büdcəsinə ən çox təsir edən xərclərdən birinə çevrilib. Bəs maraqlıdır, bir uşağı məktəbə hazırlamaq bu il neçəyə başa gələcək?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Bu il qiymətlər enib"

Valideyn Azər Rəhimov bu il iki övladını məktəbə hazırlayır və bazarda qiymətlərin münasib olduğunu deyib. Onun sözlərinə görə, bu il təkcə qiymətlər sabit qalmayıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunub:

"İki uşağımın dəftər-qələm, yazı ləvazimatlarına cəmi 40 manat xərclədim. Ötən il bu qədər məhsula daha çox pul vermişdim. Geyimlər də ucuzlaşıb. Məsələn, şalvar və köynəklər ən aşağı 13 manatdan başlayır. Təbii ki, 70-80 manata qədər modellər də var. Əsas odur ki, bu il bazarda hər büdcəyə uyğun seçim mövcuddur".

Valideyn bildirib ki, bazarda Çin məhsulları çoxdur və rəqabət yarandığı üçün bu il endirimli qiymətləri müşahidə edirlər. Üstəlik, elektron ticarət də bu ucuzlaşmada mühüm rol oynayır. Elektron ticarətlə rəqabət aparan mağazalar da bazarda endirimlərlə sözünü deməyə can atır.

Məktəbli ləvazimatları neçəyədir?

Bazarda qiymətləri öyrənmək, bir uşağın məktəb xərclərini hesablamaq üçün məktəbli ləvazimatları satılan mağazaya üz tutduq. Qiymətlər isə belədir:

- dəftərlər 15 qəpik - 2.2 manat;

- flomasterlər 90 qəpik - 11 manat;

- karandaşyonanlar 30 qəpik - 4.3 manat;

- penallar 1.9 - 30 manat;

- qələmlər 30 qəpik - 7.9 manat;

- su qabı 2.6 - 11 manat...

Məktəbli ləvazimatları arasında ən çox xərc tələb edən məktəbli çantalarının qiyməti isə 16 manatdan başlayır və 180 manata qədər davam edir.

Yəni bir uşağın geyimdən əlavə, məktəb ləvazimatları üçün valideyn minimum 20-25 manat xərcləməlidir. Ötən il isə bu rəqəm minimum 35-40 manat idi. Qiymətlər məhsulun keyfiyyəti, istehsal ölkəsi və brendindən asılı olaraq dəyişir. Bu müxtəliflik valideynlərə büdcələrinə uyğun seçim etməyə imkan verir.

8 manata köynək, 15 manata şalvar...

Yeni dərs ilinə hazırlıq zamanı valideynlərin ən çox diqqət yetirdiyi, şagirdlərin də həyəcanla gözlədiyi məqam məktəbli geyimlərinin alınmasıdır. Bu məhsullar həm qiymət, həm də çeşid baxımından geniş spektrə malikdir. Bazarda şalvarların qiyməti 10 manatdan başlayır və 80 manata qədər yüksəlir. Köynəklər 7-8 manatdan başlayır. Hətta sosial şəbəkələrdə üç manata təklif edilən köynəklərə də rast gəlmək mümkündür. Ətəklər 15 manatdan başlayaraq keyfiyyət və brendə görə 150 manata qədər qalxır. Qollu köynək və jaketlər isə əsasən 20 manatdan başlayır.

Bəs görəsən, Bakı Tikiş Evinin (BTE) qiymət siyasəti bazarla necə uzlaşır?

BTE-nin şöbə müdiri Etibar Əzimov açıqlamasında bildirib ki, Bakı Tikiş Evi bu il məktəbli geyimlərində kifayət qədər ciddi endirimlər tətbiq edib:

"Bütün qısaqol köynəklər 33% ucuzlaşaraq 12 manatdan 8 manata düşüb, uzunqol köynəklər isə təxminən 18% endirimlə 12 manatdan 10 manata enib, şalvar və ətəklərdə 25% endirim tətbiq olunaraq 20 manatdan 15 manata salınıb, jaketlərdə də 33% endirim olunaraq qiymətlər 30 manatdan 20 manata qədər azaldılıb".

"Qiymətləri endirdik ki..."

BTE-nin nümayəndəsi bildirib ki, bu endirimlər valideynləri keyfiyyətsiz, mənşəyi bilinməyən məhsullardan çəkindirmək məqsədi daşıyır:

"Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarında istifadə edilən materiallar standartlara uyğun olmalıdır. Köynəklər 100% pambıqdan, şalvar və ətəklər isə 60% yun, 40% poliester qarışığından hazırlanmalıdır. Təəssüf ki, bazarda bu tələblərə cavab verməyən, süni materiallardan hazırlanmış məhsullar satılır. Biz qiymətləri aşağı salaraq insanları keyfiyyətli və sertifikatlı məhsullara yönəltmək istəyirik".

E.Əzimov əlavə edir ki, endirimlər müştərilər tərəfindən məmnuniyyətlə qarşılanır və satışlara da ciddi təsir göstərib: "Bu endirimlər iyulun 1-dən tətbiq olunub. Bir dəst formada ötən illə müqayisədə 17-18 manat endirim var".

Bazarı Çin məhsulları tutur

Marketoloq Elxan Mərdanlı da açıqlamasında təsdiqləyib ki, 2025-ci ilin payız tədris mövsümünə yaxınlaşdıqca, Bakı bazarında diqqətçəkən tendensiya müşahidə olunur:

"Dəftərxana ləvazimatlarının qiymətləri 2024-cü illə müqayisədə daha aşağıdır. Alıcıların gündəlik müşahidələri də bunu təsdiqləyir. Səbəbləri bir neçə istiqamətdə toplamaq mümkündür. Birinci istiqamət, Türkiyədən idxal bahalaşıb, bazar Çinə yönəlib. Çin şirkətləri müştəri itirməmək üçün topdansatış qiymətlərini kifayət qədər endiriblər. Bu isə idxal ölkələri, o cümlədən Azərbaycan üçün xeyli sərfəlidir. Beləliklə, Bakıya daxil olan dəftərxana mallarının maya dəyəri ötən illə müqayisədə daha aşağı qiymətə başa gəlir".

"Gündəlik istehlak xərcləri yüksəlib"

Qiymətlərin ucuzlaşmasında digər səbəb isə Bakı bazarında alıcılıq qabiliyyətinin zəifləməsidir:

"Azərbaycan əhalisinin real gəlirləri artmadığı halda gündəlik istehlak xərcləri yüksəlib. Bu isə alıcılıq qabiliyyətini zəiflədir. Nəticədə, dəftərxana mağazaları dövriyyəni saxlamaq üçün qiymətləri aşağı salmağa məcburdur. Əks halda, satış həcmi daha da geriləyər. Satıcı üçün əsas məsələ stokun yığılmaması və dövriyyənin davam etməsidir".

Tələb artdıqda, qiymətlər yüksələcək?

Marketoloqa görə digər səbəb tələbin gecikməsi və qiymətlərin hələlik sabit qalmasıdır:

"Azərbaycan cəmiyyətində məktəb alış-verişinin ən son günlərə saxlanılması da bu mənzərəyə təsir edir. Avqustun sonu və sentyabrın əvvəllərində kəskin tələb artımı müşahidə olunmadığından qiymətlər stabilliyini qoruyur. Satıcı mövsümün pik günlərinə qədər qiymətləri yuxarı qaldırmaq üçün heç bir səbəb görmür. Bu faktorlar qısamüddətli sabitlik və ucuzlaşma yaratsa da, sentyabrın sonu və oktyabrda tələb artdıqda qiymətlərin müəyyən yüksəlişi mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri