Icma.az
close
up
RU
Bir vaxtlar ölkəni “titrədən” generallar indi hardadır? Bəzisi vuruldu, bir qismi isə…

Bir vaxtlar ölkəni “titrədən” generallar indi hardadır? Bəzisi vuruldu, bir qismi isə…

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycanda bir zamanlar hakimiyyətin vitrinini bəzəyən, hüquq-mühafizə orqanlarının əsas dayaqları hesab olunan generallar bu gün səhnədən kənardadır. Onlar ya təqaüdə göndərilib, ya da ikinci dərəcəli vəzifələrə keçirilib. Əvvəllər strateji qərarların qəbulunda əsas söz sahibi olan bu şəxslər indi idarəetmədən tamamilə uzaqlaşdırılıblar. Siyasi dairələrdə isə bu prosesin səbəbləri və nəticələri müzakirə olunur. Bəziləri bunu islahatların tərkib hissəsi, digərləri isə daxili güc balansının dəyişməsi kimi dəyərləndirir.

Globalinfo.az son illər nazir, baş prokuror, rəis və sair postlardan uzaqlaşdırılan generalların bir neçəsinin siyahısını təqdim edir.

Ramil Usubov: 1948-ci il dekabrın 22-də Xocalı şəhərində doğulub. Kökəncə Qərbi Azərbaycandandır. Amma onun Qarabağa daha çox bağlı olduğu deyilir. Xocalı faciəsində xeyli qohumu, doğması soyqırımına məruz qalıb. Ramil Usubov mərhum Prezident Heydər Əliyevin ən sadiq, uğurlu kadrlarından olub. O, nazir vəzifəsinə ölkənin qarışıq dövründə – 1994-cü ilin aprel ayında təyin edilib. Vəzifəyə başladığı ilk gündən daxili işlər orqanında islahatlara başlayıb. DİN sistemini nisbətən sağlamlaşdırmağı bacarıb. Ölkədə sabitliyin yaranması istiqamətində cəsarətli addımlar atıb. Ramil Usubov dövlətə, Prezidentə bağlılığı, sadiqliyi ilə seçilib. Heç bir daxili intriqalarda rol almayıb. Onun bu xüsusiyyəti dövlət tərəfindən daim nəzərə alınıb. Ramil Usubov daxili işlər naziri vəzifəsində 25 il qalıb.

Azərbaycanda 2018-ci ildən kadr islahatları sürətləndi. 2019-cu ilin iyun ayının 20-də o, Prezidentin sərəncamı ilə nazir vəzifəsindən azad edildi. Ramil Usubov dövlət başçısının başqa sərəncamı ilə Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olundu. Əvvəlki hakimiyyət komandası içərisində ən hörmətli davaranılan, nazir vəzifəsindən çıxarılsa da hakimiyyətdən uzaqlaşdırılmayan azsaylı şəxslərdən oldu.

Ramil Usubov

Prezidentin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Məhərrəm Əliyev: 1951-ci il oktyabrın 20-də Naxçıvanın Şərur rayonunun Maxta kəndində anadan olub. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Məhərrəm Əliyev

Hazırda Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən M.Əliyev 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. 9 dekabr 2023-cü ildə Prezidentin Sərəncamı ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə, orduda həqiqi hərbi xidmətdən istefaya buraxılıb və digər vəzifəsindən azad edilib. 2007-ci ildən sonra Məhərrəm Əliyev in karyerasında bir neçə eniş-qalxış olub. Onu və ağsaqqalı olduğu klanı son 18 ildə tale və proseslər bir neçə dəfə sınağa çəkib. Hazırda ölkədən uzaq – Minskdə qocalığını yaşayır və vaxtilə etdiyi xidmətin çörəyini yeyir…

Eldar Mahmudov – 1956-cı ildə Bakıda anadan olub. Azərbaycanın son 20 ildə ən qalmaqallı, qaranlıq, ziddiyyətli nazirlərindən olub. Onun vəzifədən çıxarılması ictimai rəydə zəlzələ effekti yaratmışdı. 2015 ilin oktyabrında Prezidentin sərəncamı ilə işdən çıxarılan Eldar Mahmudov haqda 10 ildir media müxtəlif səpkili məqalələr, araşdırmalar yazır. Əksər ekspertlər deyirlər ki, o, neqativ fəaliyyəti ilə Azərbaycanın təhlükəsizlik orqanlarına böyük zərbə vurub. Eldar Mahmudovun dövründə sahibkarların kütləvi şəkildə qeyri-qanuni ödəmələrə cəlb olunması, onların işgəncələrə məruz qalması, əmlaklarının, pullarının zorla əllərindən alınması halları barədə çox yazılıb, deyilib. Hətta bəzi vəzifəli şəxslərdən uzun illər şantajla aylıq “haqq” alıb. Buna misal kimi Metropolitenin sabiq rəisi Tağı Əhmədovu göstərmək olar. Deyilənə görə, Eldar Mahmudov və komandası həmkarı olan nazirləri belə aylıq ödəmələrə məcbur edirmiş.

Bu cür qara əməllər onun və MTN-də yuva qurmuş dəstənin sonunu gətirdi. Xeyli MTN generalı, zabiti həbs edildi. Əmlakları müsadirə olundu. Hazırda həbsdə “MTN işi”nə görə xeyli sayda şəxs yatır.

Eldar Mahmudov

O, 17 oktyabr 2015-ci ildə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Əslində isə vəzifədən, hakimiyyətdən qovuldu. Karyerası sıfırlandı.

Səfər Əbiyev – 1950-ci ilin 27 yanvarında Bakıda anadan olub. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışıb.

Səfər Əbiyev

1995-ci ildə Azərbaycanın müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. Səfər Əbiyevin adı rüşvət və korrupsiyada çox hallanırdı. Həmçinin o nazir olan dövrdə əsgər ölümləri həddən artıq çoxalmışdı, “dedovşina” statistikası durmadan artırdı. Hərbi mütəxəssislər iddia edirlər ki, Azərbaycan Ordusu S.Əbiyevin dövründə çox zəifləmişdi. Hazırda Səfər Əbiyeviun Çexiyada yaşadığı haqda məlumatlar dolaşır.

Zakir Qaralov – 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi Nəzarət İdarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

Həmçinin oxuyun:

Azərbaycana “İsgəndər M” raketi kimin əmri ilə atılıb?

Zakir Qaralov

25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycanın Baş prokuroru olub. Zakir Qaralov vəzifədə olduğu dövrdə bir çox səs-küylü qətllər, terror hadisələri baş verib. Bu cinayətlərin üstü demək olar doğru-dürüst açılmayıb. Zakir Qaralovun ən çox ittiham olunduğu hadisələr “Tərtər işi” və 10 yaşlı Nərmininin ölümüdür. Hər iki hadisə Zakir Qaralovun tərcümeyi-halına qara ləkə kimi düşüb.

Mədət Quliyev – 1958-ci il sentyabrın 27-də Gəncədə doğulub. 1983-cü ildən Azərbaycanın daxili işlər orqanlarında xidmətə başlayıb. Prezidentin 20 noyabr 2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Mədət Quliyev

Hazırda Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edən M.Quliyev 2015-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, 2019-cu ildə müdafiə sənayesi naziri olub.

Nəcməddin Sadıqov: Azərbaycanın məşhur generalları arasında ən mübahisəli, qalmaqallı obrazı olan Nəcməddin Sadıqovdur. O, bir neçə prezidentin dövründə Müdafiə Nazirliyində yüksək vəzifə tutub. N.Sadıqov 28 il müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində işləyib. Azərbaycan ictimai rəyi onu heç vaxt qəbul etməyib. Sadə vətəndaşlar onu “rusun adamı” kimi xarakterizə edib. Hər zaman bu adamın belə mühüm vəzifə tutmasına etiraz olub. Bu etirazlar zaman-zaman yüksəlib, azalıb. Nəcməddin Sadıqovun bu cür yüksək vəzifə tutmasına ən böyük ictimai təpki Tovuz döyüşləri zamanı oldu. General Polad Həşimov və bir neçə yüksək rütbəli zabit Tovuz döyüşlərində şəhid olandan sonra xalq orduda Rusiyaya bağlılığı şübhə yaradan kadrların dərhal işdən uzalqışdırılmasını tələb etdi. 44 günlük Vətən müharibəsi zamanı isə Nəcməddin Sadıqov neytrallaşdırıldı. O, hərbi əməliyyatlardan uzaqlaşdırılıdı. Əslində N.Sadıqov 2020-ci ilin sentyabrından vəzifədən çıxarılmışdı. Sadəcə bu, 28 yanvar 2021-cü ildə rəsmiləşdirildi.

Nəcməddin Sadıqov

Nəcməddin Sadıqovun adı “Tərtər işi” məhkəməsində dəfələrlə hallanıb. Zaman-zaman onun həbs xəbəri belə yayılıb. Amma hələ də azadlıqdadır…

Xanlar Vəliyev – 1955-ci il mart ayının 15-də Yevlaxda doğulub. O, Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993–2000-ci illərdə Baş prokurorunun müavini olub. Prezidentin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Xanlar Vəliyev

24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi alıb. 8 aprel 2025-ci ildə səlahiyyət müddəti başa çataraq, səlahiyyətinə xitam verilib. Prezidentin təqdimatına əsasən Milli Məclisin 11 aprel 2025-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Bəylər Eyyubov – 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olub. 2 iyun 2003-cü ildə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini – Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Bəylər Eyyubov

16 mart 2020-ci ildə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışıb. General–polkovnik Bəylər Eyyubov bu il iyunun 30-da vəzifədən azad edilib. Onun Prezident Katibliyinin rəisi təyin olunması haqda məlumat yayılıb. Amma bu xəbər hələ də rəsmi şəkildə təsdiqini tapmayıb. Bəylər Eyyubov hələlik vəzifədən çıxarılan sonuncu nüfuzlu və yüksək ranqlı məmurdur. O, 30 ildən çox həm mərhum Prezident Heydər Əliyevə, həm də hazırkı dövlət başçısı İlham Əliyevə sədaqətlə xidmət etdiyi deyilir. Vəzifədən çıxarılmasının yaşla və səhhəti ilə bağlı olduğu bildirilir. Deyilənə görə, Bəylər Eyyubov vəzifədən çıxarılsa da hakimiyyətdə təsir imkanını itirməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyul 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see212

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see204

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see179

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see166

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see142

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see132

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see130

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see128

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see128

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see127

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see127

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see126

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see126

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see125

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see124

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see123

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see123

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see122

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

17 Noyabr 2025 07:16see120

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri