Icma.az
close
up
RU
Bir vaxtlar kitab, indi isə telefon...

Bir vaxtlar kitab, indi isə telefon...

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Görəsən niyə kitabları telefonlara dəyişdik? Telefonlar məgər o kitablar kimi saxlanc yeri ola biləcəkmi? Yəni içindəki minlərlə şəkli, xatirələri əbədi saxlaya biləcəkmi? Yoxsa bir an internet itərsə, şəkillər də, xatirələr də itəcəkdir. Ən əsası isə görəsən kitabların insana verdiklərini 100 il bundan sonra telefonlar verə bilərmi?

23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Elə yuxarıdakı fikirlərə də bu əlamətdar gündə kitablar sarıdan yenə bir narahatlıq keçirərək gəldim.

Bəzən kitab oxuduğumuz o illərin unudulmaz günlərini elə həsrətlə xatırlayıram ki... Nə qədər kitab oxuyurduq, İlahi... Günlərimiz kitabxanalarda keçirdi. İki gündən, üç gündən bir kitab alıb evə gətirirdik. Bizə hansısa bir iş tapşıran valideynlərimizdən oğurlanıb mütaliə edirdik. Dərsimizi hazırladıqmı, işimiz gizlində-aşkarda, orada-burada ancaq kitab oxumaq olurdu. Kitablar da o qədər maraqlı idi ki, bitirmədən gözümüzə yuxu getmirdi. Dəfələrlə “ay bala, o işığı söndürün, yatın, ta gecdir”,-deyən ata-anamıza hər dəfə “yaxşı, indicə söndürürük”,-deyərək gecə yarısı kitabı bitirib, sabah yenə kitabxanaya gedir, yeni kitablar alırdıq. Desəm ki, kitabxanalarda oxunmamış kitab qoymamışdıq qala, bəlkə də inanan az olar, lakin bu, həqiqətən də belə idi.

Biz gözümüzü kitabdan ayırmırdıq, indi isə gözlər telefondan ayrılmır. Bizə “ay bala, bu qədər kitab gözlərinizi kor edəcək” deyirdilər, indi isə uşaq, yeniyetmə və gənclərə “ay bala, bu telefonlar gözünüzü kor edəcək” deyirlər. O vaxt əksər adam başı aşağı kitab oxuyurdu, indi haradayıqsa- evdə, küçədə, nəqliyyatda, orada əksəriyyətin başı aşağı, gözü telefondadır. Görəsən günün bu qədər saatını insanlar orada nə axtarır? Axşamadək barmaqlar bir saniyə dincəlmir: axtarır, yazır, pozur... Bircə onu bilirəm ki, barmaqlar nə qədər işləyirsə, beyin bir o qədər yorğun düşür. Lakin kitab oxuyarkən beyin dincəlir, zehin açılır.

Hər dəfə metroda başı aşağı, gözü telefonda olan bütün yaş qruplarından insanları müşahidə edərkən başı aşağı kitab oxuduğumuz o illəri xatırlayıram. Öz-özlüyümdə xeyli müqayisə aparıram. O vaxtlar elə bu metroda da kitab oxuyanlar çox idi. Nə oldu görəsən, niyə kitablar qatlanıb bir kənara atıldı, telefonların güdazına getdi? Bir andaca kitabların o möhtəşəm ətri gəlir burnuma. Harada qaldığımızı bəlli etmək üçün qatladığımız səhifələr... Saxlanc yerimiz olan səhifələr... Orada saxladığımız şəkillər, quruyub səhifələrin arasında özünə yer edən xatirələr dolu güllər... Bəlkə indi də hansısa kitabxanada kitabların arasındaca qalır onlar. Kitabxanalarda digər “yaşayanlar” kimi.

Artıq insanlar uzun illərdir, kitabxanalardan ayağını kəsib. Çünki telefon kitabxananın yolunu kəsib, kitabların ətrini özünə çəkib. İndi kitab, müəllif, kitabxana yalnız belə əlamətdar günlərdə, həftələrdə anılır. Onu da xatırlayan olarsa...

Kitabları telefona, sosial şəbəkələrə dəyişmişik. Tiktok bizim üçün kitablardan dəfələrlə sevimli olub indi. Əxlaqi dəyərləri aşılayan kitablar onu əlimizdən alan Tiktokun kölgəsində qalıb. Bizi qalmaqaldan uzaqlaşdıran, özü ilə baş-başa saxlayıb bütün dünyanı gəzdirən, yaxşını-pisi ayırd etməyi öyrədən kitabları indi qeybət yeri olan Votsapla, İnstagramla dəyişmişik. Kitab oxumaq əvəzinə, qalmışıq Votsapda, bir-birimizə geyimimizi, acdığımız süfrələri, gəzdiyimiz yerləri göstəririk. İnstagramda özünü reklam edən kosmetoloq “həkimlərin” Allah-təalanın verdiyi əzaları dəyişməsini, Yaradana qarşı çıxmasını izləyir və alqışlayırıq. Biz də dəyişmək istəyirik. Necə ki, kitabı telefona dəyişmişik...

...Heyf telefonlara dəyişdiyimiz kitablardan. Çünki telefon heç vaxt kitabların verdiyini verə bilməz insana. Zaman-zaman bunun nə qədər böyük səhv olduğunu anlayacağıq. Lakin onda artıq gec olacaq.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri