Icma.az
close
up
RU
Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində  “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi açılıb.
Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır.
Bu il “ADEX 2026”da rekord sayda şirkət iştirak edir.
Buna görə Bakı Ekspo Mərkəzinin əlavə pavilyonu da istifadəyə verilib. Bir pavilyon isə ilk dəfə milli ekspozisiya üçün ayrılıb. Ümumilikdə, “ADEX 2026” sərgisinə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. 
Sərgidə Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya sistemləri, aviasiya texnikası və pilotsuz sistemlər nümayiş etdirilir. Maraqlısı da odur ki, milli stenddə əsasən yerli istehsal təşviq edilir. Və ekspozisiyası həm sərgi zalında, həm də açıq sahədə yerləşir. Sərgi Azərbaycanın müdafiə sənayesinin artan gücünü göstərir.
Nəzərə alaq ki, bir zamanlar Azərbaycan silah və hərbi texnikanı əsasasən xarici ölkələrdən alırdı. Bu günsə mənzərə əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan artıq yalnız öz ordusunun silah və texnika ilə təminatını həyata keçirən ölkə deyil, həm də hərbi təyinatlı məhsullarını xarici bazarlara çıxaran dövlətlər sırasındadır.

Bu dəyişiklik təsadüfi proses deyil.
Məmnunluqla qeyd etməliyik ki, son iyirmi ildə Azərbaycanda müdafiə sənayesinin yaradılması, istehsal müəssisələrinin qurulması, xarici tərəfdaşlarla texnoloji əməkdaşlığın genişləndirilməsi və milli mühəndis-texniki kadr potensialının formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilib.
44 günlük savaşda Zəfərin əldə olunmasında yerli istehsal olan silahlar mühüm rol oynamışdı. Müharibədən sonra da müdafiə sənayesinin gücləndirilməsi hökumət üçün prioritet olaraq qalır. Məhz bunun nəticəsindir ki, ötən il ölkəmizdə 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub.
İstehsalın böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldilsə də, müəyyən hissəsi ixrac edilir. Hazırda Azərbaycan hərbi təyinatlı məhsullarını təxminən 20 ölkəyə ixrac edir.
Bu da onu göstərir ki, müdafiə sənayesi artıq yalnız hərbi təminat məsələsi deyil, Azərbaycanın qeyri-neft ixracının potensial istiqamətlərindən birinə çevrilir.

İdxaldan istehsala, istehsaldan ixraca yönələn yol
Təbii ki, müdafiə sənayesinin inkişafında əsas mərhələ ölkənin öz silahlı qüvvələrinin ehtiyaclarını mümkün qədər yerli istehsal hesabına ödəməkdir. Bu məqsədlə yaradılan Müdafiə Sənayesi Nazirliyində ilkin olaraq müxtəlif dövrlərdə atıcı silahlar, müxtəlif çaplı döyüş sursatları, minaatanlar, artilleriya və tank topları üçün lülələr, optik cihazlar, zirehli texnika və digər hərbi təyinatlı məhsulların istehsalına başlanılıb. Və tədricən bu sahədə idxaldan asılılıq aradan qaldırılıb. Yeni istehsal texnologiyaları mənimsənilərək yerli istehsalatda tətbiq edilib.
Bununla da ilk növbədə hərbi sursata olan ehtiyacın bir hissəsi yerli istehsal hesabına ödənilib. Daha sonra isə istehsalın həcmi artırılaraq ixrac imkanları qazanılıb. Məhz sonuncu mərhələ Azərbaycanın müdafiə sənayesində yeni keyfiyyət göstəricisi hesab oluna bilər.
Azərbaycanın müdafiə sənayesinin məhsul çeşidi genişlənir
Tək bir faktı qeyd edək ki, 2025-ci ildə İstanbulda keçirilən “IDEF” beynəlxalq müdafiə sərgisində Azərbaycan tərəfi 131 adda müdafiə təyinatlı məhsul nümayiş etdirib. Bu məhsullar arasında müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və pilotsuz uçuş aparatları da olub.
Bu, müdafiə sənayesinin artıq yalnız ənənəvi silah istehsalı ilə məhdudlaşmadığını göstərir.
Xüsusilə pilotsuz sistemlər, optik və elektron avadanlıqlar, müxtəlif texniki vasitələr və müasir hərbi texnologiyalar gələcək ixrac üçün daha geniş imkanlar yarada bilər.
2026-cı ildə Bakıda keçirilən “ADEX” sərgisində də Azərbaycanın hərbi sənaye potensialının müxtəlif istiqamətləri nümayiş etdirilib. “Azərsilah” Müdafiə Sənayesi Holdinqi silah istehsalının, satışının və ixracının təşkilində əsas qurumlardan biridir.
Bilavasitə Dövlətimizin başçısının təşəbbüsü ilə 2023-cü ildə yaradılmış “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin qarşısında silah istehsalının, satışının və ixracının təşkil edilməsi, istehsal imkanlarının genişləndirilməsi və yeni nəsil silahların hazırlanması kimi vəzifələr dayanır.
Bu strukturun yaradılması müdafiə sənayesinin ayrı-ayrı müəssisələr toplusundan daha sistemli sənaye modelinə keçməsi baxımından əhəmiyyətli addımdır.
Burada məqsəd yalnız daha çox silah istehsal etmək deyil. Əsas məsələ texnologiya, istehsal, satış, ixrac və beynəlxalq hərbi-texniki əməkdaşlığı vahid sənaye ekosistemində birləşdirməkdir.

Azərbaycan silahları qlobal bazarlarda
Məlumdur ki, müdafiə sənayesində ixracın mühüm şərtlərindən biri beynəlxalq bazara çıxışdır. Azərbaycan son illərdə dünyanın müxtəlif ölkələrində keçirilən müdafiə sərgilərində fəal iştirak edir.
2025-ci ildə Azərbaycan nümayəndə heyətləri BƏƏ-də “IDEX”, Braziliyada “LAAD”, Türkiyədə “IDEF”, Misirdə “EDEX” kimi beynəlxalq müdafiə sərgilərində iştirak edib. Bu tədbirlər yalnız məhsulların nümayişi deyil, həm də dövlət qurumları və müdafiə sənayesi şirkətləri arasında hərbi-texniki əməkdaşlıq imkanlarının müzakirəsi üçün platformalardır.
Müdafiə sənayesinin iqtisadi dividendləri
Silah istehsalına yalnız hərbi təhlükəsizlik prizmasından yanaşmaq düzgün olmazdı. Müasir müdafiə sənayesi eyni zamanda yüksək texnologiyalar, mühəndislik, metallurgiya, elektronika, proqram təminatı, rabitə, optika və maşınqayırma ilə sıx bağlıdır.
Ölkəmizdə hərbi məhsulların istehsalının genişləndirilməsinin məqsədlərindən biri də böyük sənaye sektorunun yaradılması, müasir insan kapitalının formalaşdırılması və ixrac imkanlarının artırılmasıdır.
Başqa sözlə, bir hərbi məhsulun istehsalı yalnız bir zavodun fəaliyyəti demək deyil. Onun arxasında mühəndis, proqramçı, texnoloq, metallurq, elektronika mütəxəssisi, logistika və servis sistemi dayanır.
Bu baxımdan müdafiə sənayesinin inkişafı digər yüksək texnologiyalı sahələr üçün də əlavə imkanlar yarada bilər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı müraciət qeyd edib ki, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
“Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir.
Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri