Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bir xal “Səbail”ə daha bir həftə “can verdi”

Bir xal “Səbail”ə daha bir həftə “can verdi”

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Şamaxı – Səbail 1:1 (1:0)
1. Rikardo Fernandes – 6,0
5. Arsen Ağcabəyov – 5,5
18. Cəlal Hüseynov – 5,5
6. Rauf Rüstəmli – 5,5
82. Rüfət Abbasov – 6,0
24. Edqar Adilxanov – 5,5
(60. Səbayıl Bağırov, 89) – qiymətsiz
20. Leroy Mikels (k) – 6,5
(19. Fəxri Məmmədli, 81) – qiymətsiz
93. Brahim Konate – 6,0
30. Andrey Tırkovyanu – 6,0
(12. Maykl Tuik, 57) – 5,5
3. Vladislav Veremeyev – 5,0
33. Alfons Msanqa – 7,0
(23. Murad Vəliyev, 81) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
14. Vüsal Məsimov
66. Vasiliye Bakiç
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Alfons Msanqa
12. Əlirza Müştəbazadə - 5,5
96. İlkin Muradov – 5,5
74. Yusif Nəbiyev (k) – 6,0
20. Mərt Çəlik – 5,0
11. Rüfət Abdullazadə - 6,5
(5. Gitay Sofir, 73) – 5,0
83. Nihad Quliyev – 5,0
97. Oruc Məmmədov – 5,5
(77. Fərid Nəbiyev, 73) – 5,0
10. David Qomis – 5,5
(19. Samir Abdullayev, 86) – qiymətsiz
99. İnnosent Nşuti – 5,0
(22. Mirabdulla Abbasov, 73)
4. Marko Nikoliç – 5,0
(7. Madi Queta, 59) – 5,0
14. Suleyman Alluş – 5,5
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
25. Nicat Məmmədzadə
18. Süleyman Əhmədov
16. Emin Rüstəmov
89. Ömər Qurbanov
44. Amir Bilali
Məşqçi: Elvin Məmmədov
Komandanın ən yaxşısı: Rüfət Abdullazadə
Qollar: A.Msanqa, 33 (1:0, L.Mikels). R.Abdullazadə, 67-p. (1:1).
Vərəqələr: A.Tırkovyanu, 13 (qeyri-idman hərəkəti). V.Veremeyev, 22 (qeyri-idman hərəkəti). E.Adilxanov, 29 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
3 may. Şamaxı. Şəhər stadionu. 1700 tamaşaçı (2200 tamaşaçı).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Böyük ehtimalla, “Şamaxı” ilə matç premyer-liqanı tərk edəcəyi gün kimi aydın olan “Səbail” üçün sonuncu şans idi. Qalan üç turda “Zirə”, “Neftçi” və “Sumqayıt”la qarşılaşacaq Bayıl təmsilçisi yalnız bu oyunda qələbə qazanmaqla psixoloji durumunu yaxşılaşdıra, həmin rəqiblərin qarşısına daha inamlı çıxa bilərdi. Etiraf edək ki, “dənizçilər” göstərdiyi oyunla bu baxımdan yetərincə istəkli olduğunu ortaya qoydu. Lakin “Şamaxı”nın “doğma divarlar” arasında uduzmaq istəməməsi, xal ehtiyatını artırmaqla mövsümü daha yuxarı pillələrdə bitirmək arzusu Elvin Məmmədovun komandasını xəyal qırıqlığına uğratdı.

O başqa məsələ ki, hadisələrin axarının nə ilə nəticələnəcəyini ilk dəqiqələrdən proqnozlaşdırmaq çox çətin idi. Çünki hesabı açmağa tələsən komandalar daha çox mərkəzdə toqquşurdu. Nahəyət, 19-cu dəqiqədə təşəbbüsü ələ alan “şirlər” Mikels sayəsində fərqlənə bilərdi ki, almaniyalının qeyri-dəqiq zərbəsi işləri korladı. Bu ərəfədə “dənizçilər” rəqibin müqavimətini qırmaqda çətinlik çəkirdi. Nəinki hesabı açmağı, tutarlı hücumla yadda qalmağa bacarmayan qonaqlar 31-ci dəqiqədə azarkeşlərini həyəcanlandıra bildi. Daha doğrusu, Edqarı aldadan Alluş topu cərimə meydançasına çatdırdı. Burda “kürə”ni qarşılayan Arsen dərhal təhlükəni sovuşdurdu. Ardınca irəli atılan “Şamaxı” isə rəqibi məyus etdi. 33-cü dəqiqədə Konate – Mikels – Msanqa kombinasiyası “şirlər”i hesabda önə çıxardı. Dəqiq desək, fransalı hücuma başladı, almaniyalı cərimə meydançasına ötürmə verdi, tanzaniyalı topu tora qovuşdurdu. Bununla kifayətlənmək istəməyən meydan sahibləri fasiləyə qədər daha bir qol vurmaq istəyirdi. Lakin 42-ci dəqiqədə Tırkovyanunun təxminən 30 metrdən “çərçivə”dən keçirmək istədiyi top tirin üstündən şütüdü.
Əlbəttə, qonaqlar fasilədən qalan dəqiqələrdə azı iki qol vurmaq məqsədiylə qayıtmalıydı. Düzü, heç başqa yol da görünmürdü. Odu ki, “dənizçilər”in 2-ci hissəyə daha fəal başlaması sürpriz olmadı. 50-ci dəqiqədə Qomis qüvvətli zərbəylə bəxtini sınadı ki, Fernandes komandasını qoldan xilas etdi. Bayıl təmsilçisinin növbəti hücum cəhdinə də müəlliflik edən fransalı bu dəfə qeyri-dəqiq oynadı. Rəqibin qol-qanad açmasına imkan vermək istəməyən “şirlər”in cavabı özünü çox gözlətmədi. 60-cı dəqiqədə Mikels Rüfətin göndərdiyi topu Msanqaya çatdırdı. Ancaq dublunu rəsmiləşdirmək istəyən Msanqa qeyri-dəqiqlik ucbatından fərqlənə bilmədi. Bir qədər sonra Mikels qonaqların müdafiə xəttində buraxdığı kobud səhvdən yararlanmağa cəhd göstərdi. Rəqibin yerinə yetirdiyi künc zərbəsindən sonra “kürə”ni ələ keçirən Tuik dərhal Mikelsə çatdırdı. Sürəti hesabına Yusifi qabaqlayan Leroy, sadəcə, qapıçıyla təkbətək mübarizədə qalib gəlməliydi. Lakin top zərbədən sonra dirəyin yanından keçdi.
Şamaxılılar əldən çıxan fürsətə görə üzülürdü ki, daha pis xəbərdən sarsıldı. Sən demə, epziodun əvvəlində topu bədəniylə qəbul edən Tuik həm də əllə oynayıb. Başverənləri VAR-da incələyən Elçin Məsiyev penalti qərarıyla döndüsə, 67-ci dəqiqədə “nöqtə”yə yaxınlaşan Rüfət hesabı bərabərləşdirdi. İndi “dənizçilər”in daha istəkli çıxış edəcəyi bəlliydi. Ancaq qonaqlar nə oyun, nə də hesab baxımından üstünlüyü ələ ala bildi. 72-ci dəqiqədə Oruc Quetanın ötürməsindən faydalanmaq istəsə də, Rikardo diqqətli idi. Bir qədər sonra Rüfət Abbasov uzaqdan zərbə vurdu, ancaq Əlirza yerindəydi. Son təhlükəli vəziyyətləri baş zərbələri şərtləndirdi. Nə Tuikin, nə də Samirin fərqlənmək arzusu çin oldu. Beləliklə, “Səbail” 1-ci liqaya daha bir addım yaxınlaşdı. İndi ümidlər daha solğundu – komanda limanı tərk etməyə hazırlaşan gəmini xatırladır....
Gözdən qaçmadı
* AFFA-nın baş katibi Cahangir Fərəcullayev də oyunu stadiondan izlədi.
* Şamaxılı azarkeşlər əvvəldən axıra qədər “Səbail”ə ünvanlanan “Rədd ol, divizona”, “Dənizçilər”, sizi sel aparır”, “Bayılın gəmiləri Şamaxıda batır”, “Səbail”, divizion səni gözləyir” şüarlarını səsləndirdilər. Həmçinin onlar “şirlər” hesabı açanda “Davud baba, hər zaman qəlbimizdəsən” plakatını qaldırddı. Hesabı açan Msanqa isə üzərində Davud babanın şəkli olan formanı nümayiş etdirdi. Qonaqların 15 nəfərdən ibarər “Dənizçilər” fanklubu da stadionda idi.
* Ayxan Abbasov Edqarın sarı vərəqə almasından sonra əl hərəkətiylə hakimə ciddi narazılıq bildirdi. Mütəxəssis komandasının ilk 30 dəqiqə ərzində üç sarı vərəqə alacaq qədər kobud oynamadığını iddia etdi. Belədə Elçin Məsiyev baş məşqçiyə şifahi xəbərdarlıq etdi. Hadisələrin axarı “Şamaxı”nın prezidenti Elçin Usubun da ciddi narazılığına səbəb oldu.
* “Şamaxı” hesabı açanda tabloda 1:0 əvəzinə 2:0 yazılmışdı. Hər halda, bir neçə saniyə sonra səhv aradan qaldırıldı.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri