Icma.az
close
up
RU
Avro niyə bahalaşır? Ekspert səbəbləri açıqladı

Avro niyə bahalaşır? Ekspert səbəbləri açıqladı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının iyulun 24-nə açıqladığı rəsmi valyuta məzənnələrinə əsasən, avronun dəyəri 0,3 faiz artaraq 2,0016 manata yüksəlib.

Bu isə son dövrlərdə Avropa valyutasının məzənnəsində müşahidə olunan artımda nəzərəçarpacaq dəyişiklik kimi qiymətləndirilir.Qeyd edək ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Maraqlıdır, avro niyə bahalaşır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əslində avro bahalaşmır. Onun sözlərinə görə, avronun məzənnəsi dünyada nisbətən sabit performans nümayiş etdirir:

“Sadəcə olaraq, Azərbaycan manatının effektiv məzənnəsi zəifləyib. Bilirsiniz ki, Azərbaycan hökuməti manatın məzənnəsini dollara nəzərən sabit saxlayır, yəni bazara dollar çıxarmaqla manatın məzənnəsini dəstəkləyir.

Dünyada isə dollar avro qarşısında dəyər itirir. Bu da uzun müddətdir ki, az miqdarda olsa da, avronun dollara nəzərən bahalaşmasına səbəb olur. Əslində avro bahalaşmır, sadəcə dollar mövqeyini müəyyən qədər itirir”.

Akif Nəsirli qeyd edib ki, dolların avro qarşısında dəyər itirməsi ABŞ-də baş verən iqtisadi təlatümlərlə bağlıdır:

“Bu, ABŞ iqtisadiyyatında, xüsusilə Donald Trampın qərarları ilə bağlı yaranan təlatümlər və dalğalanmalarla əlaqəlidir.Hazırkı iqtisadi siyasət ABŞ valyutasına olan etibarı müəyyən qədər azaldır.

 Nəticədə dollar avro qarşısında dəyər itirir. Biz də milli valyutamız olan manatı dollara nəzərən sabitləşdirdiyimizə görə manat da avro qarşısında dəyər itirməyə başlayır”.

Ekspert vurğulayıb ki, manatın avro qarşısında dəyər itirməsi həm dolların mövqeyi, həm də daxili inflyasiya ilə bağlıdır:

“Amma hazırda avronun möhkəmlənməsi prosesi digər ölkələrin valyutalarına qarşı elə də nəzərəçarpacaq deyil. Dolların bahalaşması həmin valyutalara qarşı o qədər də hiss olunan deyil.

Amma həm dollar, həm də manat avro qarşısında dəyər itirir və bu, birbaşa dolların mövqeyi ilə bağlıdır. Bundan əlavə, ölkə daxilində davam edən inflyasiya da manatın dəyər itirməsinə təsir edən əsas amillərdən biridir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Avro bahalaşma Akif Nəsirli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri