Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə BONUS
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZN və daha çox məbləğdə edilən birdəfəlik və ya taksit ödənişlərinə əlavə 3% bonus təqdim olunur.
Kampaniya aylıq bonus kateqoriyası seçən və seçməyən müştərilər üçün keçərlidir. Kateqoriya seçən müştərilər birdəfəlik ödənişlər zamanı seçdikləri kateqoriya üzrə qazandıqları bonusla yanaşı, kampaniya çərçivəsində təqdim olunan əlavə 3% bonusdan da yararlana bilərlər. Kateqoriya seçimi etməyən müştərilər isə uyğun ödənişlərinə kampaniya üzrə 3% bonus qazanırlar.
Kampaniyada iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat üçün: www.b-b.az/ccb
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:227
Bu xəbər 09 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















