Icma.az
close
up
RU
Bircə sən çatmırdın, Juninyo! Qurban Qurbanov “pas atmış dəmiri” cilalayacaq?

Bircə sən çatmırdın, Juninyo! Qurban Qurbanov “pas atmış dəmiri” cilalayacaq?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Qarabağ" qış "transfer pəncərəsi"ndə Juninyonu qaytarsa, təəccüblənəcəksiz? Şəxsən mən yox! Çünki "köhlən atlar" yollarını ayırdığı futbolçularla dəfələrlə yenidən anlaşıb. Elə hazırda komandanın şərəfini qoruyan Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı və Ramil Şeydayev daha əvvəl başqa yerlərə üz tutsa da, hadisələrin axarı onları Qurban Qurbanovun sərəncamına qaytarıb. Qısası, az gedib, üz gedib, dərə-təpə düz gedənlərin yolu yenidən "Qarabağ"la kəsişəndə sürpriz sayılmır.

Hər halda, bir vaxtlar yuxarıda adı çəkilən futbolçuların da adı növbəti dəfə "köhlən atlar"la hallandı və zaman həmin xəbərləri yayan həmkarlarımızı yalançı çıxarmadı. İndi də bəzi saytlarda Juninyonun dönəcəyi haqda xəbərlər tirajlanır.
Kimdi Juninyo? Söhbət "Qarabağ"da çıxış etdiyi dövrdə premyer-liqada 23 (48 oyun), ölkə kubokunda 5 (6 oyun), avrokuboklarda 14 (27 oyun) qol vuran hücumçudan gedir. O, Braziliyadandı və hazırda ölkəsində "Flamenqo"nun formasını geyir. Karyerasına gəlincə, işləri yolunda getmir. Bu il yanvarın 15-də Rio təmsilçisiylə anlaşan futbolçu indiyə qədər yeni komandasının heyətində 28 matç keçirib və cəmi 3 qolla yadda qalıb. Juninyo bu görüşlərdə 778 dəqiqə meydanda olub ki, hər qarşılaşmada orta hesabla 28 dəqiqə forma geyib. Bu o deməkdi ki, braziliyalı ölkəsində heç də əsas heyət üzvü deyil. Bu üzdən Braziliya mətbuatının vaxtaşırı futbolçunun "Flamenqo"da xoşbəxt olmadığını tirajlamasına haqq qazandırmamaq mümkün deyil.
Bəs, o, "Qarabağ"a lazımdımı? Bəli. "Köhlən atlar"da mütləq onun kimi istəkli, çılğın və qol vurmaq üçün alışıb-yanan hücumçuya ehtiyac var. İş ondadı ki, Juninyo indi "pas atıb". Qurban Qurbanovun onu cilalamaq istəyib-istəməyəcini isə zaman göstərəcək. O bəllidi ki, Ağdam təmsilçisinə bircə hücumçu çatmır.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Noyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see285

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see234

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see199

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see190

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see180

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see171

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see165

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see163

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see162

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see161

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see140

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see140

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see139

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see136

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see135

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri