Icma.az
close
up
RU
Birgə Bəyanat gələcək əməkdaşlığımızı özündə ehtiva edir ŞƏRH

Birgə Bəyanat gələcək əməkdaşlığımızı özündə ehtiva edir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim.
Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda
səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.” Dövlətimizin başçısı
İlham Əliyev oktyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik
Respublikasının Prezidenti Thonqlun Sisulit ilə birgə mətbuata bəyanatlarla çıxış
edərkən onu da qeyd etdi ki, bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.
Səfər çərçivəsində iki ölkə arasında qəbul edilən Birgə Bəyanat gələcək əməkdaşlığımızı özündə ehtiva etdi, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Laos Prezidenti qeyd etdi ki, biz Birgə Bəyanat da daxil olmaqla, burada müxtəlif sənədlər imzaladıq ki, bunun əməkdaşlığımız baxımından rəmzi mənası var. Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq: “Mən çox şadam ki, Zati-aliləri qeyd etdi, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq”.
Cənab İlham Əliyevin mətbuata bəyanatında diqqətə çatdırdığı istiqamətlər iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini və Azərbaycanın çoxşaxəli xarici siyasət strategiyasını aydın şəkildə ortaya qoyur. Azərbaycanla Laos arasında 30 ildən artıqdır davam edən diplomatik münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və siyasi həmrəyliklə səciyyələnir. Parlamentlərarası əlaqələr, dostluq qruplarının fəaliyyəti, hakim partiyalar arasında əməkdaşlığın inkişafı xüsusi vurğulandı. Qısa təhlil bu qənaətə əsas verdi ki, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri əlaqələrin yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, qəbul edilən Birgə Bəyanat gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəddir.

Səfərdə əsas çağırışlardan biri iki ölkə arasında siyasi müstəvidə əlaqələrin uğurlu inkişaf mənzərəsini iqtisadi sahədə də görmək istəyimiz oldu. Dövlət başçısının qeyd etdiyi kimi, hazırkı ticarət dövriyyəsi nə iki ölkənin imkanlarını, nə də əməkdaşlıq niyyətlərini tam əks etdirir. Bu baxımdan Laos-Azərbaycan biznes forumu, qarşılıqlı investisiya təşəbbüsləri və konkret layihələrin müzakirəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu sahəsində qazandığı təcrübə Laosla iqtisadi əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.
Təhsil sahəsində əməkdaşlığın bərpası da strateji baxımdan diqqətəlayiqdir. Sovet
dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında formalaşmış tarixi əlaqələrin mühüm elementidir. Prezident İlham Əliyevin təqaüd mexanizmləri vasitəsilə bu ənənənin yenidən canlandırılması təşəbbüsü gələcəkdə humanitar münasibətlərin dərinləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və Azərbaycan təhsilinin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verə bilər.
Azərbaycanla Laosu birləşdirən digər mühüm istiqamət mina təhlükəsi ilə mübarizədir. Hər iki ölkənin bu problemlə üzləşməsi təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssis hazırlığı sahələrində əməkdaşlıq üçün real imkanlar yaradır. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.
Nəqliyyat və logistika sahəsində müzakirələr Azərbaycanın regional və beynəlxalq
bağlantılardakı rolunun genişlənməsi baxımından əhəmiyyətli oldu. Laosun dəmir yolu layihələri vasitəsilə Trans-Xəzər nəqliyyat marşrutuna qoşulmaq perspektivi Orta Dəhlizin coğrafi əhatəsinin genişlənməsinə şərait yarada bilər. Azərbaycan ərazisində əsas nəqliyyat-logistika layihələrinin reallaşdırılması ölkəyə yeni yük axınlarının cəlb edilməsi və tranzit potensialının artırılması üçün geniş imkanlar yaradır. Laosla bu istiqamətdə əməkdaşlıq qarşılıqlı iqtisadi maraqlara əsaslanan yeni bağlantıların formalaşmasına töhfə verə bilər. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq: “Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri