Icma.az
close
up
RU
Fotonun analizi: Bu şəkil özündə nələri ehtiva edir?

Fotonun analizi: Bu şəkil özündə nələri ehtiva edir?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan, Türkiyə və Ermənistanın I xanımlarının Çində çəkdirdikləri birgə foto-şəkil əslində çox ciddi mesaj ehtiva edir.

Bu şəkilin fonuna nəzərə salsaq, bir neçə komponentin bir araya sığışdırıldığını görə bilərik: xanımların hər 3-nün başı üzərində görünən dəyirmi fırlanqac, böyük bir çayı andıran su hövzəsi və bu hövzənin açıldığı ucamərtəbəli binalar, ən əsası isə aydın səma. Sözsüz ki, bütün bu komponentlər özlərində yalnız bir məzmunu birləşdirə bilərdi – Sülh.

Görünən budur ki, fotonu hazırlayan Çin sosio-psixoloqları öz hədəflərinə çatmışdılar: foto həqiqətən də sülh anlayışını assosasiya etdirirdi.

Bəs niyə sülh məzmunu?

Məncə, bunun bir səbəbi var. Əslində bütün imperiyaların söykəndiyi bir neçə dəyərdən biri də uzunmüddətli sülh anlayışıdır. Biz bunu Roma imperiyası zamanında da, Osmanlı əyyamında da, Böyük Britaniyanın dünya ağalığı dövründə də görmüşük, II Dünya savaşından sonra başlayan ABŞ hegemoniyasında da. Və bu imperiyalardan bəhs edən siyasi ədəbiyyatlar da onların əhatə dairələrini “Pax” artikli ilə ifadə edirdilər – Pax-Americana, Pax- Britannica, Pax-Romana və s. kimi. “Pax” sözünün latınca “sülh” mənasına gəldiyini nəzərə alsaq, sadaladığımız bu terminlər əslində Amerika sülhü, Britaniya sülhü, Roma sülhü deməkdir.

İstənilən imperiyanın əhatə dairəsinin məhz “sülh” sözüylə ifadə olunması təsadüfi deyildi. Zira bütün böyük imperiyalar əhatə dairələrinə aldıqları coğrafiyalara həqiqətən də uzunmüddətli sülh və yeni mədəniyyətlər gətirirlər. Bunun üçün isə müstəmləkələrdən topladıqları xəracdan ciddi vəsait ayırmaqdan da çəkinmirlər. Çünki bilirlər ki, qurulan sülh şəraiti onlara daha çox sərvət gətirəcək.

Heç uzağa getməyək, II Dünya müharibəsindən daşı daş üstündə qalmadan çıxan Avropanın yenidən qurulması üçün ABŞ Marşall Planı elan etdi və bu məqsədlə 13.3 milyard dollar vəsait ayırdı. İqtisadçı alimlərin hesablamalarına görə, həmin 13.3 milyard dolların bugünkü ekvivalenti 173 milyard dollardır.

Maraqlıdır ki, birgə iqtisadi fəaliyyət və əməkdaşlıq məqsədi ilə dünyanın 20-dən çox ölkəsini Çinə toplayan Si Szinpin hakimiyyəti təkcə onların foto-şəkillərini çəkməklə qalmır, həm də bir çox ölkəyə böyük kreditlər verir. Bir nov Çinin “Marşall planı”nı həyata keçirir.

Bəs, bu təşəbbüslər nə dərəcədə öz hədəflərinə çata bilər?

Zənnimcə, Si çox asanlıqla buna nail olacaq. Ona görə yox ki, ölkəsinə dəvət etdiyi həmin dövlətlərin bu maddi dəstəyə böyük ehtiyacları var. Ona görə ki, Çinin dəvətini qəbul edən ölkələr puldan çox, rahat həyata, sülhə təşnədirlər. Dünənə qədər dünyaya guya azadlıq, demokratiya və sülh paylayan ABŞ indi bu qlobal sifarişə cavab verə bilmir, dünyanın müxtəlif ölkələrində separatizmi, regional müharibələri dəstəkləyir. Adətən Pax-imperiyaların əcəli gələndə sülh barədə düşünmürlər, himayəsinə aldıqları bütün coğrafiyaları qana bələyirlər.

Məhz ABŞ-ın bu zamanında Çinin sülh göyərçini imiciylə ortaya çıxması onun şansını artıran amillərdəndir. Üstəlik, Pekin bu sülhpərvərliyini yalnız Cənubi Qafqaza da göstərmir. Xatırlayırsınızsa, bir neçə il əvvəl Pekin İranla ərəb ölkələrini bir araya toplayıb barışdırmışdı. Bu fakt təsdiq edir ki, Çin də artıq özünün “Pax-China” imiciylə ortaya çıxmağa can atır. Bizim coğrafiyamızın dəyərli I ledilərinin Çində çəkdirdikləri foto da bunun ilk nümayişlərindəndir. Çin bu kimi addımlarla dünyaya “artıq mənim zamanım gəldi” mesajı verir.

Heydər Oğuz


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Sentyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri