Icma.az
close
up
RU
Bu, Putinin təkliflərini özündə ehtiva edir AÇIQLAMA

Bu, Putinin təkliflərini özündə ehtiva edir AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əslində Trampla Putinin görüşünün baş tutması o deməkdir ki, istər ABŞ ilə Rusiya arasında əlaqələrin bundan sonrakı istiqamətləri, istərsə də Ukrayna ilə bağlı Vaşinqtonla Moskva arasında müəyyən razılıq var. Təbii ki, ABŞ ilə Rusiya arasında Ukrayna məsələsi ilə bağlı razılığa gəlinməsi hələlik atəşkəsin və ya sülhün əldə olunması anlamına gəlmir. Çünki burada Ukraynanın razılığının əldə olunması və Böyük Britaniya və Avropa İttifaqının hansı mövqedə dayanması da önəmlidir".
Bunu Demokrat.az-a açıqlamasında Əli Zülfüqaroğlu deyib. O bildirib ki, iki lider arasında görüşün keçirilməsi ümumilikdə müsbət haldır, amma bundan sonra çox ciddi bir mərhələ var:
"Görüşdən sonra Trampın verdiyi açıqlamalara nəzər salsaq, məsələnin mahiyyətini təsəvvür edə bilərik. Tramp bildirdi ki, atəşkəs yox, birbaşa sülh lazımdır, çünki atəşkəs pozula bilər. Bu, Putinin indiyə qədər səsləndirdiyi təklifləri özündə ehtiva edir. Çünki Putin bildirib ki, atəşkəsə o halda razı ola bilər ki, atəşkəs qalıcı olsun və sülh prosesi başlasın, Ukrayna atəşkəsdən istifadə edərək silahlanıb Rusiyaya qarşı addım atmasın.

Digər tərəfdən, Tramp bildirdi ki, Zelenski ilə görüşəcək və o razı olarsa, sülh istiqamətində müəyyən proses başlana bilər. Buradan belə bir nəticə çıxır ki, Tramp Putinin təkliflərini Zelenski ilə razılaşdırmağa çalışacaq. Amma bu görüşə qədər Trampın verdiyi açıqlamalar o yöndə idi ki, ərazi mübadiləsi olmalıdır.
Əslində, "ərazi mübadiləsi" ifadəsi reallığı əks etdirmir, çünki o anlama gəlir ki, Rusiya əraziləri Ukraynada, Ukrayna ərazisi Rusiyada olmalıdır. Lakin reallıqda Rusiya əraziləri Ukraynada yoxdur deyə, "ərazi mübadiləsi" təklifi Ukraynanın güzəştlərə məcbur edilməsi anlamına gəlir".
Siyasi şərhçi qeyd edib ki, Tramp və Zelenski görüşündən sonra prosesin gedişi ilə bağlı daha aydın mənzərə yaranacaq:
"Zelenskinin atdığı addımdan asılı olaraq Ukrayna məsələsi tənzimlənəcək. Zelenskinin ərazi güzəştlərinə razılaşması mübahisəlidir. Eyni zamanda, Avropa İttifaqı və Britaniyanın Ukraynaya müharibəni davam etdirməsi ilə bağlı təzyiq göstərməsi diqqət çəkir. Artıq kifayət qədər gərgin mərhələ başlayır".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see344

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see277

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see266

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see239

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see239

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see237

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see233

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see224

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see220

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see218

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see218

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see215

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see213

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see204

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see186

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see186

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see177

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see166

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see162

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri