Icma.az
close
up
RU
Birgə vebinar keçirildi

Birgə vebinar keçirildi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: Suverenliyə aparan yol” mövzusunda keçirilən genişmiqyaslı vebinarda Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarında çalışan 180-ə yaxın əməkdaş iştirak edib.

Modern.az xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni dövlət idarəçilik modelinin əsas xüsusiyyətlərinə – şəffaflıq, çeviklik, rəqəmsallaşma və innovativ yanaşmaların tətbiqi məsələlərinə xüsusi diqqət çəkib. O, həmçinin Azərbaycanın son 30 ildə keçdiyi inkişaf mərhələləri, sosial-iqtisadi sabitliyin təmin olunması və dövlət idarəçiliyində müasir yanaşmaların uğurlu tətbiqindən bəhs edib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən vebinarda Azərbaycanın regional və qlobal müstəvidə sürətlə artan nüfuzu, beynəlxalq təşəbbüslərdəki fəal iştirakı və ölkədə formalaşmış səmərəli inkişaf modeli haqqında ətraflı məlumat verilib. İştirakçılar dövlət başçımız tərəfindən uğurla həyata keçirilən siyasi xətt sayəsində Azərbaycanın yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının nüfuzlu aktorlarından birinə çevrildiyini vurğulayıblar.

Vebinar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı” çərçivəsində keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see608

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see455

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see357

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see244

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see239

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see239

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see237

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see230

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see220

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see215

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see213

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see211

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see199

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see198

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see195

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see183

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see173

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see171

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see169

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri