Icma.az
close
up
RU
Filippotun iddiaları əsassızdır Politoloq

Filippotun iddiaları əsassızdır Politoloq

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransanın “Vətənpərvərlər” Partiyasının lideri və 2027-ci il prezident seçkilərində namizəd Florian Filippot Ukraynada davam edən münaqişə ilə bağlı diqqətçəkən açıqlama verib. Filippot bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin bu müharibəyə hakimiyyətdə qalmaq və varlanmaq üçün ehtiyacı var.
Demokrat.az-a bu barədə açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, bu siyasi baxımdan çox ciddi qərəzli şərh kimi də qiymətləndirilə bilər:
“Əslində bu yanaşma Filippotun siyasi xəttinə çox uyğundur. O, son vaxtlar Ukraynaya silah-sursat və maliyyə yardımının dayandırılmasını, NATO-dan Fransanın çıxmasını və ümumiyyətlə, Fransanın Ukrayna müharibəsindən uzaqlaşmasını müdafiə edən siyasətçidir. Bu yanaşma onun 2027-ci il prezident seçkiləri platformasında yer alır. Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Konstitusiyasının 103-cü maddəsi üzrə 5 illik prezidentlik müddəti 2024-cü ildə bitdi və hərbi vəziyyət davam etdiyi müddətdə prezident və parlament seçkilərinin keçirilməsi qanunla qadağan edildi. 2026-cı ilin mayında Ukrayna parlamentinin seçkilərlə bağlı xüsusi işçi qrupu hərbi vəziyyət zamanı seçkinin mümkün olmadığı barədə konsensusa gəldiklərini açıqladılar. Bunun ardınca bu ilin iyul ayından oktyabrın 31-nə kimi hərbi vəziyyət müddəti daha 90 günlük uzadıldı. Bu baxımdan, Zelenskinin ünvanına “seçkisiz özbaşına hakimiyyətdədir” ifadəsi hüquqi baxımdan siyasi mənzərəni özündə əks etdirmir. Zelenskinin hakimiyyətdə qalması Ukrayna qanunvericiliyinə əsasən davam edir və qanunvericiliklə müəyyən edilmiş hər hansı bir müddəaya ziddiyyət təşkil etmir. Bu baxımdan Filippotun arqumenti hüquqi baxımdan əsassız sayıla bilər. Amma siyasi nöqteyi-nəzərdən Zelenskinin hakimiyyətdə qalması legitimlik baxımından getdikcə daha çox müzakirələrə səbəb olan məsələ halına gəlməkdədir. Bu, təkcə Filippotun və yaxud Rusiyanın təbliğat maşınının mövzusu deyil. Artıq Ukraynanın öz daxilində də bu məsələlər qabardılır və müharibə şəraitində seçkilərin keçirilməsi ilə bağlı hansısa mexanizmin yaranmasını tələb edən siyasətçilər var. Baxmayaraq ki, bu çağırışlar birbaşa Zelenskiyə qarşı ən ciddi daxili çağırış kimi qiymətləndirilir”.
Siyasi şərhçi bildirib ki, bu baxımdan, təbliğatdan Kreml, Ukraynanın daxilində olan bəzi siyasi qüvvələr və Avropada olan radikal suverenist qüvvələrin istifadə etmələri eyni görünsə də, məqsədlər və
motivlər, heç şübhəsiz ki, eyni ola bilməz:
“Zelenski hakimiyyəti müharibənin davam etdiyi müddətdə seçkilərin keçirilməsinə Ukraynanı parçalaya biləcəyi ehtimalı ilə yanaşır. Zelenski hesab edir ki, milyonlarla ukraynalı Avropanın və dünyanın müxtəlif şəhərlərində müharibə səbəbindən məskunlaşıb və vətəndaşlarının bir hissəsi məcburi köçkün vəziyyətinə düşüb. Milyonlarla hərbçinin səsverməsinin təşkili də ayrıca problemdir. Rusiya raket və dronlarla ölkənin hər yerini vurmaq imkanına malikdir. Rusiyanın seçki prosesinə kiberhücumlar və informasiya müdaxiləsi etmək imkanları var. Ən əsası isə seçki kampaniyası ölkə daxilində parçalanmaya səbəb ola bilər. Bununla bağlı ukraynalılar arasında sorğu keçirilib və 60 faiz Ukrayna vətəndaşı seçkilərin müharibədən sonra keçirilməsinə üstünlük verib. Bütün bunlar Filippotun iddialarını zəiflədən amillərdir.
Hesab edirəm ki, Ukrayna prezidenti Volodimir Zelenski “hakimiyyəti oğurlamayıb”. Əksinə, hərbi vəziyyət seçkiləri qadağan etdiyindən, Ukrayna qanunvericiliyinə uyğun olaraq prezident yeni seçilmiş prezident and içənədək səlahiyyətlərini davam etdirir. Bu baxımdan hesab edilməlidir ki, fransalı siyasətçi Filippotun iddialarının heç bir əsası yoxdur və Zelenski ölkəsinin legitim prezidentidir. Onun prezidentliyi tam olaraq Ukrayna qanunvericiliyinə əsasən davam edir”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri