Birgül Soltanova reytinq turnirində bürünc medal qazanıb
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
İdman.Biz bildirir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb.
Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub. Birgül kanadalı Miki Roubottoma “tuş”la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.
Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10. Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.
Bu mövzuda digər xəbərlər:Avropa çempionatı: Jalə Əliyeva və Birgül Soltanova bürünc medal uğrunda görüşə çıxacaqlar
23 Aprel 2026 22:03
Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı
08 Fevral 2026 11:51
Aysel Soltanova müşavir təyin edildi
06 May 2025 15:30
Nərgiz Soltanova həbs edildi FOTO
09 İyun 2025 00:55
Baxış sayı:96
Bu xəbər 17 İyul 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















