Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanı qadın güləşi üzrə milli komanda təmsil edir. Turnirin dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.
Nərgiz Səmədova (53 kiloqram) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.
Jalə Əliyeva (57 kiloqram) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.
Zəhra Kərimzadə (72 kiloqram) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabı ilə üstələyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:Güləşçimiz bürünc medal qazandı
21 Aprel 2026 20:33
Qadın güləşçimiz qızıl medal qazandı
11 Mart 2025 23:58
Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı
21 Avqust 2025 13:58
Güləşçimiz DÇ də bürünc medal qazandı
19 Avqust 2025 21:42
Paris 2024: Güləşçimiz bürünc medal qazandı
30 Aprel 2026 23:22
Baxış sayı:176
Bu xəbər 08 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















