Aysel Soltanova müşavir təyin edildi
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aysel Vaqif qızı Soltanova Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müşavir təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə APA-ya AZCON-dan bildirilib.
Qeyd edək ki, A.Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes administrasiyası (MBA) ixtisası üzrə davam etdirir.
O, əmək fəaliyyətinə “BP” şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə “Procter & Gamble”, “Azərkosmos” və “Aztelekom” kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.
Baxış sayı:60
Bu xəbər 06 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















