“Birinci qoldan sonra, hissənin sonlarında hesabı artıra da bilərdik”
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
Azərbaycan I Liqa təmsilçisi “Şəfa” çempionatlarda yaranmış fasilədə “Araz Naxçıvan”la yoxlama matçı keçirib. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 1:1.
Matçdan sonra Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli İdmanxeber.az saytına görüşü belə şərh edib:
“İlk hissədə əks-hücumlara daha yaxşı çıxa bilirdik. Bundan əlavə, oyunun bəzi hissələrində topa nəzarət etməyi də bacarırdıq. Birinci qoldan sonra, hissənin sonlarında hesabı artıra da bilərdik.
İkinci hissədə, xüsusən də 60-cı dəqiqədən sonra oyun tamamilə rəqibin üstünlüyü şəraitində keçdi. Bu da başadüşüləndir — rəqib anlayırdı ki, oyunu uduzmaq olmaz. Həm də onların keyfiyyəti daha çox ön plana çıxdı”.

Birinci Liqa: “Mingəçevir” hesabı açdı YENİLƏNİR
16 May 2025 17:19
Qasperini: “Birinci hissə daha çox qol vura bilərdik”
10 Mart 2025 11:38
Birinci təhsil, sonra...
10 Fevral 2025 14:24
Ukrayna yığmasının sabiq üzvü: Azərbaycan millisi birinci qoldan sonra dağılır
09 Sentyabr 2025 14:35
Birinci hissədə Fransaya üç dörd qol vura bilərdik Yulian Nagelsman
08 İyun 2025 22:26

