Icma.az
close
up
RU
“Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik” İdmanXəbər

“Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik” İdmanXəbər

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib.Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiya ilə qarşılaşıb. 8-ci km stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

“Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf ki, uduzduq. Rəqibin gücü bəlli idi. Bilirdik ki, onlar bu görüşə son oyun kimi baxırdılar. Yaxşı komandadır. Ukrayna ilə müqayisə etsək, komanda olaraq daha yaxşı təsir bağışlayır. İkinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq. İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq”.

– Rəqibin baş məşqçisi dedi ki, Azərbaycan ikinci hissədə daha yaxşı idi. Mümkün penalti epizodu haqda fikriniz necədir?

– Bəhanə kimi fikir bildirmək istəmədim. Bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadə sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Orada məncə penalti var idi. Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyunda oynadı. Onun oynaması vacib idi. Müdafiəçilərimizin birinci hissədəki daha soyuqqanlılığı çatmadı. Rəqibin gümrah olmasından irəli gəlirdi.

– Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiz?

– Rüfət bu gün qazandıq. Onu, Xəyal Əliyevi də. İnanıram i, gələcəkdə də belə davam edərlər.

– Niyə künc və stanadrt zərbələri asmalar edirdik, yerlə ötürmələr etmirdik?

– Rəqibin boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən boşluq olan yerlərindən biri standart vəziyyət idi.

– “Qarabağ”da mütəmadi çıxış etməyən Abbas Hüseynov bu gün start heyətində yer aldı. Sırf Abbasın oynamasının xüsusi səbəbi var?

– Ona qalsa, bir çox futbolçular oynamır. Abdulla Xaybullayev də oynamır. O yaxşı idi, ona görə.

– Fransa ilə oyun öncəsi heyətdə dəyişikliklər çox olacaq?

 – Biz bu iki oyuna hazırlaşanda, beynimizdə fikir var idi. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik Fransadır, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdür. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir. 

-Fernandu santuşun dövründə milli D liqasına yuvarlandı. DÇ-2026-nın seçmə mərhələsində 1 xal qazanıb. Millidən irəliləyiş gözləməyə dəyər?

– Olar. Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdir, get-gedə də gəncləşir. Birinci məqsəd olmalıdır ki, C liqasına qayıdaq. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdır. Gələcəyin işidir. Millidə böyük nəticə haqda fikirləşmək tezdir. Amma çalışmaq lazımdır.

– Fransa ilə oyunöncəsi heyətlə bağlı nə düşünürsüz?
– Emin Mahmudov, Elvin Cəfərquliyev  böyük itkidir. Heyət geniş də deyil. 70-75 dəqiqə oynayacağını fikiləşirdik. Amma 2-ci matçı da fikirləşdik. Zədəsi sağalıb. Amma bilirdik ki, “Neftçi”də 1 məşq edib, derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq. (sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri