Icma.az
close
up
RU
Birinci təhsil, sonra...

Birinci təhsil, sonra...

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Dünyanın hər yerində təhsil ölkəmizdəki qədər əlçatan deyil. Ölkələr var ki, qızlar təhsil almaq arzusu il yaşayır, lakin arzusuna çata bilmir. Təhsilverən ölkələr var ki, bundan yalnız imkanları yetən ailələrin övladları istifadə edə bilir: pulun var, təhsilin var, pulun yoxdur, məktəbin kəndarına belə ayaq basa bilməzsən.

Ölkələr var ki, kəndində, qəsəbəsində məktəblər elə bir vəziyyətdədir ki, orada təhsil alanların həyatı hər an təhlükə qarşısındadır. Kitabı, dəftəri ala bilməyən ailələr var. Çünki kitab məktəblər tərəfindən verilmir, məcbursan ki, özün alasan.

11 fevral Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günüdür. Bu günün mahiyyəti üzərindən yola çıxaraq məktəb, təhsil məsələsinə toxunmaq, bəzi dünya ölkələrindən fərqli olaraq bizdə təhsil üçün yaradılmış imkanlardan danışmaq, belə olduğu təqdirdə təhsil almağın vacibliyindən söhbət açmaq istədim.

Ölkəmizin hər bir şəhər, qəsəbə və kəndində məktəb var. Məktəblər kitabla dövlət tərəfindən təmin edilir. Çoxsaylı məktəblərimiz var ki, bəzi ölkələrdə ali təhsil ocaqları belə binalarda yerləşmir və ya bizdəki qədər təminatı, təchizatı yoxdur.

Belə isə qızların ən birinci təhsili vacibdir. Bəzi valideynlər var ki, qızı həddi-buluğa çatan kimi onu ərə verməyə tələsir. Erkən nikahların da təməli belə qoyulur. Lakin onların hər biri düşünməlidir ki, ailə qurmağın öz vaxtı var. Ən birinci qızların təhsili vacibdir. Daha sonra təhsillərini davam etdirib bir sənət sahibi olmaları mütləqdir. Bundan sonra isə təbii ki, ailə qurmağın vaxtı gəlib çatır.

Təhsilsiz qadın həyatda heç vaxt özünü xoşbəxt hesab edə bilmir. Həyatının istənilən anında təhsil almamağın peşmançılığını yaşayır. Maddi vəziyyəti nə qədər yaxşı olsa da, həyat yoldaşı istədiyi hər şeylə onu təmin etsə də, bir gün təhsilsiz olmağın aclığını yaşayır və peşman olur.

Təhsilsiz qadın övladının da təhsili il məşğul ola bilmir. Lazım gəlir ki, həmin uşaqlar əlavə müəllim yanına göndərilsin. Lakin ana təhsilli olanda ibtidai və orta təhsil üzrə övladının dərsləri ilə məşğul ola bilir.

Bəzən, qıza təhsil nə gərək, deyən valideynlər olur. Belə ata-ananın qız övladı oxumaq istəsə də, qarşısı alınır, yerində oturdulur. Ürəkləri oxumaq, təhsil almaq üçün çırpınsa da, lakin ataları buna imkan vermir. Valideynlər belə qızları sanki ərə verib yükü çiynindən atmaq, azad nəfəs almaq istəyirlər.

Çox təəssüf ki, hələ də əsrlər öncənin təfəkkürü ilə yaşayan insanlar var və onlar qızı “duz yükü” hesab edir, elə ki, həddi-buluğa çatdı, ərə verib bu yükdən qurtarmağa çalışır. Lakin oğlan övladlarının təhsili üçün hər cür şərait yaradır, hələ üstəlik xarici ölkələrdə təhsilini davam etdirməsinə də köməklik göstərir. Bu oğlanlar olur savadsız, təhsilsiz bacıların alim, ziyalı qardaşı. Hansı ki, həmin bacıların təhsil almaq arzusu onlardan qat-qat çox olur.

Odur ki, qızlar üçün ən birinci təhsil, sonra ailə, deyərdim. Düzdür, digər ölkələrlə müqayisədə bizdə qızların təhsil alması yüksək səviyyədədir. Lakin qoy bütün qız ata-anası istisnasız olaraq qızların təhsil almasını üstün tutsunlar. Baxmayaraq ki, XXI əsrdə yaşayırıq, hələ də eşidirik ki, filan rayonun filan kəndidə məktəbli qız qoşulub qaçıb, filankəsin məktəbyaşlı qızı ərə gedir, toya hazırlaşırlar.

“Yox” deyək, qızların erkən nikaha daxil olmasına, təhsil almadan ailə qurmasına. Unutmayaq ki, qız çox halda özbaşına qoşulub kiminləsə gedə bilməz valideynlərinin də razılığı olmasa. Deməli, qızların gələcək həyatına zərbə endirən elə valideynlərdir.

Birinci təhsil, sonra ailə. Bunu dərk edərək qızlarımıza diktə edək ki, ölkəmizdə ziyalı, elmlə məşğul olan qadınların sayı ilbəil artsın, ailələrimizdə ziyalı anaların sayı çoxalsın. Biz buna nail olduqca, gələcəyimiz olan övladlarımızın da təhsilə meyli artacaq. Qoy gələcəyimiz ziyalı anaların əli ilə qurulsun...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see243

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see232

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see205

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see200

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see195

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see184

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see178

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see176

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see171

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see163

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see158

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see156

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see156

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri