Icma.az
close
up
RU
Birinci sinfə başlayan uşaqlara necə yanaşmalı? Psixoloqdan açıqlama

Birinci sinfə başlayan uşaqlara necə yanaşmalı? Psixoloqdan açıqlama

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Yeni tədris ilinin başlaması ilə birinci sinfə gedən uşaqlar üçün tamamilə yeni bir mərhələ başlayır. İlk dəfə məktəb mühiti, müəllim, sinif yoldaşları və fərqli gündəlik rejimlə qarşılaşan uşaqlar müəyyən həyəcan və narahatlıq yaşaya bilərlər. Bu dövrdə valideynlərin davranışı uşağın məktəbə münasibətinin formalaşmasına birbaşa təsir edə bilər. Bəs valideynlər övladlarının məktəbə daha rahat uyğunlaşması üçün necə davranmalı, hansı səhvlərdən uzaq durmalıdırlar?

Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında deyib ki, birinci sinif uşağın həyatında yeni sosial və emosional mərhələyə keçid deməkdir: 

"Birinci sinif uşağın həyatında sadəcə məktəbə başlamaq deyil. Bu, həmin uşağın həyatında tamamilə yeni sosial və emosional mərhələyə keçid deməkdir. Bir valideyn olaraq həmin mərhələyə necə davranmalı və necə yanaşmalı olduğumuzu bilməliyik ki, övladımız bu mərhələni qorxuducu deyil, təhlükəsiz bir yer kimi qəbul etsin. 

Övladımıza məktəbə gedəcəyi ərəfələrdə bacardığımız qədər deməməliyik ki, "Orada ağlasa, müəllim səni danlayacaq”, "Dərsi bilməsən, hər şey çox pis olacaq” və yaxud məktəbi uşağa ağır, qorxuducu və təhlükəli bir yer kimi göstərəcək cümlələr işlətməli deyilik. Bunun əvəzinə uşağa təhlükəsiz mühit yaradacaq cümlələrdən istifadə olunmalıdır. Məsələn: "Orada yeni dostların olacaq”, "Müəllim sənə kömək edəcək”, "Bilmədiyin şeyləri birlikdə öyrənəcəksiniz” kimi cümlələrdən istifadə etmək daha doğrudur. Əgər övladınız "Məktəbə getmək istəmirəm” deyirsə və bununla bağlı həyəcan və narahatlıq keçirirsə, valideyn olaraq həmin vaxt "Nə var ki, burada? Niyə bu qədər qorxursan?” deyib onun qorxularını kiçiltmək əvəzinə, "Səni ən çox nə narahat edir?”, "Nəyə görə bu dərəcədə narahatsan?” deyə soruşmaq lazımdır. Yəni, onun üçün müfəssəl şəkildə yanında olmaq və dəstək göstərmək vacibdir.

Çünki bəzən uşağın problemi dərslə bağlı olmur. Valideynlərdən uzaq qalmaq, dost tapa bilməmək və ünsiyyət qura bilməmək kimi məsələlərdən qorxmağa başlayır”. 

O qeyd edib ki, rejimi əvvəlcədən formalaşdırmaq lazımdır:

"Bundan başqa, rejimi əvvəlcədən formalaşdırmaq lazımdır. Səhər oyanmaq, səhər yeməyi yemək, məktəbə hazırlaşmaq kimi rutinlərin formalaşdırılması uşağa təhlükəsizlik hissi yaradır. Yəni, uşaq hər səhər nə baş verəcəyini bildikdə özünü daha güvənli hiss edə bilər.

Artıq "Mən səhər oyandım, səhər yeməyimi yedim, məktəb rutinim başladı, hazırlaşmaq mərhələm başladı” kimi bir ardıcıllıq yaranır. Bu da uşağın tədricən yeni mühitə uyğunlaşmasına kömək edir”.

Psixoloq deyib ki, məktəbi uşaqların gözündə qorxulu yer kimi göstərməməliyik:

"Biz valideyn olaraq məktəbi uşaqlarımızın gözündə qorxulu bir yer kimi deyil, onları gələcəyə hazırlayacaq, arzularına və hədəflərinə doğru aparacaq, xəyallarına yaxınlaşdıracaq, gözəl dostlar qazana biləcəkləri və böyük uğurlara imza ata biləcəkləri bir mühit kimi anlatmalıyıq. Bundan başqa, evdə məktəb mövzusunu davamlı şəkildə sorğu-sual etməyə çalışmaq da düzgün deyil. Uşaq məktəbdən gələn kimi ard-arda suallar verildikdə özünü təzyiq altında hiss edə bilər. Məsələn, "Bu gün nə öyrəndin?”, "Bugün səni ən çox nə sevindirdi?”, "Səni narahat edən bir şey oldumu?”, "Məktəbdə özünü necə hiss etdin?” kimi suallarla daha səmimi və rahat yanaşma göstərmək lazımdır”.

O vurğulayıb ki, valideynin öz narahatlığını uşağa ötürməməlidir:

"Valideynin öz narahatlığını uşağa ötürməməsi vacibdir. Bəzən valideyn daha çox narahat olur ki, görəsən, müəllimlə necə olacaq, uşaq digər sinif yoldaşları ilə yola gedəcəkmi və s. Bu kimi qorxuları bacardığınız qədər uşağa ötürməmək lazımdır.

Uşaqlar valideynlərin emosiyalarını çox yaxşı oxuyurlar. Yəni, valideyn məktəbi təhlükəli kimi görürsə, uşaq da məktəbi təhlükəli kimi qəbul etməyə başlaya bilər. Bundan başqa, ilk gündən yüksək nəticə gözləmək qətiyyən olmaz. "Neçə aldın?”, "Görürsən, filan uşaq səndən daha yaxşı oxuyur”, "Sən bu sualın cavabını bilmirsən” kimi sual və ifadələr uşağın adaptasiyasını çətinləşdirir və hətta onu dərsdən uzaqlaşdıra bilər”.

"İlk mərhələdə əsas məqsəd qiymət deyil. Əsas məqsəd emosional uyğunlaşmaq və adaptasiya olmaqdır. Ən vacib məqam budur ki, övladımıza "Sən artıq böyümüsən, ağlamaq olmaz” kimi mesajlar ötürmək əvəzinə, "Çətinlik çəkə bilərsən, bu normaldır. Hər bir çətinlikdə bir dərs və bir məlumat var. Öz duyğularının fərqinə varmağın vacibdir” kimi mesajlar verə bilərik. Məsələn, valideyn olaraq belə deyə bilərik: "Mən sənin keçdiyin bu mərhələdə sənə kömək olacağam. Sən də mənə kömək edəcəksən. Birlikdə daha gözəl uğurlara və gözəl nəticələrə doğru addımlayacağıq. Bu mərhələni birlikdə keçəcəyik və hər zaman yanında olacağam”. Çünki adaptasiya bir günə baş vermir. Bəzi uşaqlar bir neçə həftəyə, bəziləri isə daha uzun müddətə uyğunlaşa bilərlər. Uşaq bilməlidir ki, məktəbdə səhv etsə də, aşağı qiymət alsa da, valideyninin ona qarşı olan sevgisini itirməyəcək”,-deyə psixoloq bildirib.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Sentyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri