Icma.az
close
up
RU
Valideynlər uşaqlara nümunə olmalıdır Psixoloqdan XƏBƏRDARLIQ

Valideynlər uşaqlara nümunə olmalıdır Psixoloqdan XƏBƏRDARLIQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

2022-2024-cü illərdən etibarən sosial media 16-24 yaş qrupu arasında xəbər əldə etmək, əylənmək və gündəlik məzmun istehlakı baxımından televiziyanı üstələyib. Sosial platformalar lazımi insanlara və məlumatlara çıxışı asanlaşdırsa da, təəssüf ki, yaş həddi və sərhəd tanımır. Qeyri-etik videolar, bəzi influenserlərin əxlaqa zidd ifadələri və davranışları həm böyüklərin, həm də uşaqların qarşısına çıxır. Yeniyetmələr onlara baxdıqda, doğrunu yanlışdan seçə bilmədikləri üçün gördüklərini mənimsəməyə başlayırlar. Məsələnin ciddiliyi hökuməti sosial platformalardan istifadəyə yaş məhdudiyyəti qoymağa vadar edib. Uşaqları sosial platformaların zərərli təsirindən qorumaq məqsədilə yeni qanun layihəsi qəbul olunub. Layihəyə əsasən, 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilməyəcək. 16-18 yaş arası uşaqlar isə yalnız valideyn icazəsi əsasında, hesab yarada bilərlər. Qanun 12 aydan sonra qüvvəyə minəcək. 

Yeni dəyişiklik uşaqların psixoloji və fiziki inkişafına dəstək ola bilərmi ?

Mövzu ilə bağlı psixoloq Aysu Həsənzadə Sherg.az-a bildirib ki, dəyişikliyi uşaqların psixoloji sağlamlığını qorumağa yönəlmiş müsbət addım kimi qiymətləndirirəm:

“Çünki son illərdə aparılan elmi araşdırmalar göstərir ki, sosial mediadan erkən yaşlarda və nəzarətsiz istifadə uşaqların emosional, sosial və idrak inkişafına mənfi təsir göstərir. Uşaqlarda risklərin qiymətləndirilməsi, impulsların idarə olunması və tənqidi düşünmə ilə əlaqəli “prefrontal korteks” hələ tam inkişaf etmədiyi üçün onlar sosial mediadakı məlumatları böyüklər kimi analiz edə bilmirlər. Nəticədə özlərini başqaları ilə müqayisə edir, “like” və izləyici sayına həddindən artıq önəm verməyə başlayırlar. Bu da, özünəinamın azalmasına, depressiv əlamətlərə, hətta sosial media asılılığına səbəb olur”. 

Psixoloq uşaqların sosial şəbəkələrdə qarşılaşdığı risklərdən danışıb:

“Sosial media yalnız vaxt itkisi deyil. Burada onlayn zorakılıq, kibertəzyiq, qeyri-etik məzmunlar, yad insanlarla ünsiyyət və şəxsi məlumatların təhlükəsizliyi kimi risklər də var. Buna görə də sosial media hesabı açmaq üçün yaş həddinin müəyyən edilməsi, uşaqları bu risklərdən qoruyan preventiv tədbir hesab oluna bilər. 16-18 yaş aralığında valideyn razılığının tələb olunması da vacibdir. Amma əsas məsələ yalnız “icazə vermək” üzərində dayanmamlıdır. Valideyn övladının hansı platformadan istifadə etdiyini bilməli, onunla açıq ünsiyyət qurmalı, rəqəmsal təhlükələr haqqında məlumat verməli və lazım gəldikdə ona dəstək olmalıdır”. 

A. Həsənzadə, valideynləri uşaqların telefon istifadəsinə nəzarət etməyə çağırıb:

“Təəssüf ki, bəzi valideynlər uşaq hələ körpə yaşında olarkən onu sakitləşdirmək və ya başını qatmaq üçün əlinə telefon verirlər. Halbuki erkən uşaqlıq dövründə, beyin ekran vasitəsilə yox, oyun oynamaq, hərəkət etmək, insanlarla ünsiyyət qurmaq və ətraf mühiti kəşf etməklə inkişaf edir. Araşdırmalar göstərir ki, erkən və uzunmüddətli ekran istifadəsi diqqət problemləri, dil inkişafında gecikmə və emosiyaların tənzimlənməsində çətinliklərə yol açır. Valideynlərə tövsiyəm odur ki, telefonu uşağı sakitləşdirmək üçün əsas vasitəyə çevirməsinlər. Bunun əvəzinə kitab oxumaq, birlikdə oyun oynamaq, rəsm çəkmək və açıq havada vaxt keçirmək kimi fəaliyyətlər həm uşağın inkişafını dəstəkləyər, həm də valideynlə övlad arasındakı münasibətləri möhkəmləndirər”. 

Psixoloq qeyd edib ki, valideynlər özləri də uşaqlara nümunə olmalıdır:

“Çünki uşaqlar eşitdiklərindən daha çox gördüklərini öyrənirlər. Sonda isə onu qeyd etmək istərdim ki, məqsəd uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil. Onların yaşına uyğun, təhlükəsiz və sağlam rəqəmsal mühitdə böyüməsini təmin etməkdir. Əgər bu qanun valideynlərin maarifləndirilməsi ilə paralel şəkildə tətbiq olunarsa, uşaqların psixoloji sağlamlığının qorunmasına ciddi töhfə verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyul 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see328

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see309

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see287

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see286

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see238

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see209

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see206

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see203

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see202

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see200

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see200

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see198

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see195

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see194

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see194

DGK nazirə məxsus olduğu bildirilən şirkətdən 119 minlik baytarlıq avadanlığı alır

23 Sentyabr 2026 16:32see189

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see180

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see175

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see173

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri