Icma.az
close
up
RU
Birinci vitse prezident Mehriban Əliyeva: Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır

Birinci vitse prezident Mehriban Əliyeva: Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatı tərəfindən “Birinci vitse-prezident” kitabı çapdan çıxıb. Nəşrin müəllifləri Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü akademik Emil Nəsirli və Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü akademik Fikrət Nağıyevdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində yeni redaktədə nəşr edilmiş bu kitab oxuculara Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə və dünyada gördüyü işlər barədə məlumat vermək məqsədilə tərtib olunub.

Kitabda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr, milli-mənəvi dəyərlərimizin dünyada təbliği, ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və bütövlükdə xalqın rifahı naminə bütün sahələrdə həyata keçirdiyi xeyirxah işlər, onun hər bir azərbaycanlıya həssas diqqəti və sonsuz qayğısı barədə məlumat verilib. Nəşrdə, həmçinin Azərbaycan muğam və xalçaçılıq sənətlərinin qorunması, inkişafı və tanıdılmasına dair görülmüş işlər haqqında məlumat yer alıb. Nəfis şəkildə tərtib olunmuş kitaba Mehriban xanımın həyat və fəaliyyətinə dair fotoşəkillər də daxil edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın “...İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır” fikri ilə açılan kitab “Ön söz”, yeddi fəsil və “Son söz”dən ibarətdir.

“Ön söz”də qeyd olunur ki, Mehriban Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər mahiyyət etibarilə yeni bir başlanğıcdır: “O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni-sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban Əliyevanın üzərinə düşmüşdür. Siyasətçilər və politoloqlar bu missiyanı yeni ənənənin formalaşdırılmasından daha çox, beynəlxalq aləmə bir zamanlar Türk dünyasından yayılan və özümüzün də unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı saymaqda haqlıdırlar”.

Kitabın sonunda vurğulanır ki, bu gün Azərbaycan xalqı sevgi və qurur hissi ilə Mehriban Əliyevanın fəaliyyətini diqqətlə izləyir, atdığı hər addımı dəstəkləyir və dəstəkləyəcəkdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır...”

Nəşrin redaksiya heyətinə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, akademik Heydər İmanov, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Sudeif İmamverdiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və başqaları daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri