Birləşmiş Krallıq və İrlandiya müdafiə əməkdaşlığını gücləndirir
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 13 mart, AZƏRTAC
Birləşmiş Krallıq və İrlandiya ümumi təhlükələrə qarşı daha yaxşı qorunmaq məqsədilə müdafiə sahəsində əməkdaşlığı gücləndirən yenilənmiş anlaşma memorandumu imzalayıblar.
AZƏRTAC xəbər verir ki, sənəd Birləşmiş Krallığın və İrlandiyanın müdafiə nazirləri tərəfindən imzalanıb. Yenilənmiş memorandum dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, kibermüdafiə, hava məkanına dair məlumat mübadiləsi və birgə hərbi satınalmaların artırılmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, Birləşmiş Krallıq silahlı qüvvələri və İrlandiya müdafiə qüvvələri dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirəcək, xüsusilə də kritik sualtı infrastrukturu qorumaq və dəniz təhlükəsizliyi insidentlərinə cavab mexanizmlərini təkmilləşdirmək üçün birgə fəaliyyət göstərəcəklər.
Memorandum çərçivəsində tərəflər, həmçinin hərbi texnikanın birgə satın alınması və hökumətlərarası satış imkanlarını araşdıracaqlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















