Icma.az
close
up
RU
Azərbaycanlı deputat Birləşmiş Krallıq parlamentarilərinə etiraz məktubu göndərib

Azərbaycanlı deputat Birləşmiş Krallıq parlamentarilərinə etiraz məktubu göndərib

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvləri Cim Şennon və Lord Alton tərəfindən 18 iyun 2025-ci il tarixində “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdikləri müraciətə cavab olaraq onlara etiraz məktubu ünvanlayıb.
Newscenter.az-ın xəbərinə görə, məktubda deyilir ki, bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dəstək verən beynəlxalq ictimaiyyət nümayəndələrinin marağını yüksək qiymətləndiririk. Bununla belə, davamlı sülh üçün bütün bəyanatların və təşəbbüslərin faktlara, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması çox vacibdir.
“Dağlıq Qarabağ” (Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil) üçün “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdiyiniz müraciətə cavab olaraq faktları diqqətinizə çatdırmağı zəruri hesab edirik.
Məktubda diqqətə çatdırılır ki, Qarabağın Ermənistan tərəfindən işğalı zamanı bir milyona yaxın azərbaycanlı məcburi köçkün düşmüşdür. Bu, Xocalı soyqırımı da daxil olmaqla, ağır cinayətlər, o cümlədən şəhər və kəndlərin sistematik şəkildə dağıdılması (urbisid), mədəni və dini irsin (kulturisid), eləcə də ətraf mühitə ciddi ziyan vurulması (ekosid) ilə müşayiət olmuşdur. Təəssüf ki, bütün bu illər ərzində dünya bu insanların dərdinə demək olar ki, diqqət ayırmamışdır. Bundan əlavə, Ermənistan işğal etdiyi ərazilərdə qəsdən minalar yerləşdirmiş və bunun nəticəsində Azərbaycan dünyada minalardan ən çox zərər çəkən ölkələrdən birinə çevrilmişdir. Belə ki, bu minalar dinc sakinləri öldürməyə və yaralamağa davam edir, məcburi köçkünlərin geri qayıtmasını və yenidənqurma işlərini gecikdirir.
Cavab məktubunda deyilir ki, Ermənistanın hərbi təcavüzünün digər faciəvi nəticəsi isə hələ də itkin düşmüş sayılan, o cümlədən qadın və uşaqlar da daxil olmaqla, təxminən dörd min azərbaycanlı vətəndaşın taleyinin həll olunmamış qalmasıdır. Ermənistan onların taleyinə aydınlıq gətirə biləcək kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.
Bundan əlavə, erməni siyasi liderləri uzun zamandır azərbaycanlılara qarşı etnik nifrəti qızışdırır və təşviq edir. Keçmiş erməni prezidentləri açıq şəkildə etnik təmizləməni müdafiə edən bəyanatlar vermiş, azərbaycanlıların zorla qovulmasını və Xocalı soyqırımını dəstəkləmişlər. Bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kim məsuliyyətə cəlb olunmamış və müharibə cinayətkarları hələ də qəhrəman kimi qəbul olunur.
İşğal illərində məcburi köçkün düşmüş azərbaycanlı əhali böyük əzab-əziyyətlərə məruz qalmış, lakin beynəlxalq ictimaiyyət onların vəziyyətinə kifayət qədər diqqət yetirməmişdir. Onların geri qayıtmaq hüququna, təhlükəsizliyinə və ləyaqətinə məhəl qoyulmamış, humanitar ehtiyacları lazımi səviyyədə qarşılanmamışdır.
Məktubda deyilir ki, Azərbaycan hazırda beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı dörd qətnaməsinə tam uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmişdir.
Azərbaycan Respublikası müxtəlif etnik və dini qruplar arasında çoxillik sülh şəraitində birgəyaşayış ənənəsinə malik qürurlu, çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra heç bir erməni zorla qovulmamışdır. Həmin əraziləri tərk edən ermənilər bunu Ermənistanın və keçmiş qanunsuz rejimin apardığı təbliğat nəticəsində könüllü şəkildə etmişlər. Bundan başqa, işğal dövründə həmin ərazilərdə yaşayan bir çox erməninin beynəlxalq normalara zidd olaraq qanunsuz yerləşdirildiyi də xüsusi vurğulanmalıdır.
Məktubda qeyd olunur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ədaləti təmin edir. Humanitar jest olaraq 200-dən çox erməni azad edilsə də, müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər hazırda Bakıda məhkəmə qarşısındadırlar. Onlar Azərbaycan qanunvericiliyinə əsasən hərbi təcavüz, müharibə cinayətləri, zorla itkin düşmələr, işgəncə və terrorizm kimi ittihamlarla mühakimə olunurlar. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və indiyədək pis rəftarla bağlı heç bir şikayət qeydə alınmamışdır.
Cavab məktubunda deyilir ki, sülh sazişi üzrə danışıqlar yekunlaşmışdır. Lakin sülh müqaviləsini imzalamaq üçün Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsinə iddialı olan konstitusiyasını dəyişməlidir. Sülhün davamlı olması üçün təkcə Ermənistan hökuməti deyil, həm də xalqı bu iddialardan əl çəkməyə razı olmalıdır.
Davamlı sülhə doğru irəliləyiş üçün addımların atıldığı bu mühüm məqamda beynəlxalq ictimaiyyət bu prosesi dəstəkləmək üçün bütün səyləri göstərməli və Ermənistanı sülh sazişinin imzalanması üçün son zəruri addımları atmağa çağırmalıdır.
Təəssüflər olsun ki, "İsveçrə Sülh Təşəbbüsü" adlanan bu təşəbbüs heç də faydalı deyil və tamamilə əksinə, iki ölkə arasında kövrək sülh prosesinə zərbə vurur. Eyni zamanda, regiondan kənar siyasətçilərin və parlament üzvlərinin regional dinamikaya dair malik olduqları məhdud məlumatlarla müdaxiləsi və qərəzli bəyanatları iki ölkə arasında ümumi normallaşma prosesinə mənfi təsir göstərir. Ona görə də sizi regionda sülhə mane olan addımlardan çəkinməyə çağırıram.
Məktubda bildirilir ki, beynəlxalq və regional geosiyasi qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan qarşılıqlı hörmət, ədalət və beynəlxalq hüquq normalarına riayət əsasında dialoqun tərəfdarı olmaqda davam edir.
Biz Böyük Britaniya hökumətinin Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndiririk. Böyük Britaniya beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Məktubun sonunda deyilir ki, biz Birləşmiş Krallıq parlamentinin bütün üzvlərini, o cümlədən Din və Etiqad Azadlığı üzrə Bütün Partiya Parlament Qrupu (APPG FoRB) üzvlərini bu prosesi dəstəkləməyə və hər hansı xarici müdaxilənin mümkün mənfi təsirlərinə qarşı ehtiyatlı və diqqətli olmağa çağırırıq.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri