Icma.az
close
up
RU

Birləşmiş Ştatlarda seçki gərginliyi: Qalib kim olacaq?!

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək.

Hazırda iki partiya, Respublikaçılar və Demokratlar partiyası arasında qızğın gərginlik var. Belə ki, bu seçkilər ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və ABŞ-nin 47-ci prezidenti seçiləcək.

Noyabrın 5-də keçiriləcək ABŞ prezident seçkiləri təkcə dünya siyasətində ən mühüm hadisə deyil, həm də dünyanın əsas şoularından biridir.

Bir çox dünya ekspertləri seçkilərdə daha çox Donald Trampın yüksək nəticələrlə səs toplayacağını vurğulayır. Onların fikrincə, ABŞ-da keçiriləcək bu seçkilər Rusiya-Ukrayna müharibəsi, eyni zamanda isə Yaxın Şərqdəki hadisələrə də öz təsirini qoyacaq.

ABŞ-ın yeni prezidentinin kim olacağı – Kamala Harris, yoxsa Donald Tramp – bu isə sabah bəlli olacaq.

Gununsesi.info-ya mövzunu şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, bu seçkilər həm ABŞ-nın, həm onun əhalisinin, həm də dünya tarixində önəmli hadisədir:

Reallıq bundan ibarətdir ki, ABŞ artıq uzun illərdir, xüsusilə Sovetlər İttifaqının süquta uğramasından sonra dünyanın fövqal dövləti olan ən güclü dövlətidir. Hazırda Respublikaçılar və Demokratlar arasında ciddi mübarizə gedir. Namizədlər ciddi olaraq iddialıdırlar və onlar arasında fikir ayrılığı mövcuddur. ABŞ konkret olaraq Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən proseslərə, ümumiyyətlə, müharibənin dayandırılmasından yanadırsa, o halda kimin hakimiyyətə gəlməsindən asıl olmayaraq müharibənin dayandırılması istiqamətində addımlar atılacaq. Donald Trampın bir sıra məqamlarda Kamala Harrisdən müəyyən üstünlüyü var. Tramp həm partiyanın, həm də namizəd kimi liderdir. Nəinki namizəd kimi, ümumiyyətlə, Donald Trump maraqlı şəxsiyyətdir. ABŞ-da istənilən prosesdə, istənilən toplumda Kamala Harrisə nisbətdə ona maraq yüksəkdir. Nəzərə alaq ki, Respublikaçıların namizədi Donald Tramp həm partiyanın, həm də bu seçki prosesində Respublikaçıların liderliyini üzərinə götürsə də, Kamala Harrisdə bu yoxdur. Nəinki Kamala Harrisdə, ümumiyyətlə, Demokratlar Partiyasında belə bir liderlik, liderliyi üzərinə götürə biləcək şəxs yoxdur. Kamala Harris isə bir o qədər ciddi təcrübəyə sahib deyil. Hətta vitse prezidentlik vəzifəsində belə proseslərdə aktiv rol ala bilməyən və ciddi uğur əldə edə bilməyən bir şəxsdir. Bütün bu məqamları nəzərə alsaq, Donald Trampın liderliyi, nüfuz üstünlüyü bəllidir”-deyə o, əlavə edib.

Politoloq qeyd edir ki, Donald Tramp, əslində, hakimiyyətə gələcəyi təqdirdə müharibələrin dayandırması ilə bağlı fikirlər səsləndirib:

“Tramp Rusiya-Ukrayna müharibəsində özündən əvvəlki hakimiyyətin və ümumiyyətə Qərb İttifaqının mövqeyinə o qədər də isti yanaşmır. Onun fikrincə, əslində, müharibəni dayandırmağın əsas üsulu Ukraynaya dəstəyi dayandırmaq və bu yolla Rusiya ilə Ukraynanı masaya oturtmaqdır. Bu da ondan xəbər verir ki, Tramp hazırkı reallıqları və şərtləri qəbul edir. Əgər prezident seçilərsə, Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmağa və hər iki ölkəni masaya oturtmağa çalışacaq.

Bu barədə o, öz vədlərində də bildirib.

Yaxın Şərq məsələsində isə Tramp İsraillə müttəfiqliyini ən yüksək səviyyədə qoruyan, hətta Netanyahu ilə şəxsi münasibətləri olan bir şəxsdir. Düşünürəm ki, bununla bağlı da məqam bəllidir”.

X.Bəşirovun fikrincə, Trampa qarşı iki dəfə təşkil olunmuş sui-qəsd hadisələri onun nüfuzunu artmağa səbəb olmuşdur. O, vurğulayır ki, ABŞ cəmiyyəti ilk qadın prezidenti olaraq Kamala Harris də üstünlük verilə bilər:

“Harrisin miqrant təhsilli bir şəxs olması da müəyyən maraq doğura bilər və ona müəyyən səslərin verilməsi məsələsini gündəmə gətirə bilər. Ümumiyyətlə, ABŞ-da digər dövlətlərə münasibətdə fərqli seçki sistemi var. Həmişə olduğu kimi, iki parti arasında mübarizə gedir. Düşünürəm ki, hazırkı mərhələdə tərəflərin nüfuzu arasında o qədər də ciddi fərq yoxdur və təxminən, 1-2 faiz fərqlə biri digərini zaman-zaman üstələyir. Onu da qeyd edim ki, bu seçkilərdə ABŞ -da ancaq prezident seçilməyəcək, eyni zamanda, konqresin yuxarı palatası olan senatın 33 faizi seçiləcək. O cümlədən nümayəndələr palatası, yəni konqresin aşağı palatasının bütün üzvləri- 435 nəfərin hamısı seçilməlidir. Bu, çox böyük bir tarixi hadisədir. Düşünürəm ki, əgər bu seçkilərdən sonra ABŞ-nın həm Rusiya-Ukrayna müharibəsində, həm də Yaxın Şərqdə baş verən proseslərə münasibətində ciddi fərq görüləcəksə, bu, gələcək şəxsin mövqeyi ilə bağlı yox, ümumi olaraq ABŞ-ın həmin o proseslərlə bağlı artıq fərqli siyasət ortaya qoyması ilə bağlı ola bilər. ABŞ əgər Yaxın Şərqdə və Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına niyyətlidirsə, böyük ehtimal ki, Demokratlar Partiyasının namizədinə deyil, Respublikaçıların namizədinə daha çox üstünlük veriləcək və onun seçilməsi daha realdır”. 

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see318

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see214

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see210

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see209

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see204

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see187

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see180

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see177

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see177

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see173

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see169

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see167

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see160

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see159

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see157

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see156

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see156

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri