Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 sentyabr, AZƏRTAC
ABŞ-nin sutkalıq xam neft istehsalı artır.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 19 min barel artaraq sutkada orta hesabla 13 milyon 862 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı isə əvvəlki həftəyə görə 612 min barel artaraq sutkalıq 6 milyon 770 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 691 min barel artaraq gündəlik 4 milyon 483 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 800 min barel olacaq.
Baxış sayı:111
Bu xəbər 03 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















