Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 8 oktyabr, AZƏRTAC
ABŞ-nin sutkalıq xam neft istehsalı artır.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 24 min barel artaraq sutkada orta hesabla 13 milyon 979 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1 milyon 142 min barel artaraq sutkalıq 6 milyon 840 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 195 min barel artaraq gündəlik 4 milyon 765 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















