Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
ABŞ-nin gündəlik xam neft istehsalı artıb.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 92 min barel artaraq sutkada orta hesabla 13 milyon 799 min barel olub.
Ötən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 509 min barel azalaraq sutkalıq 5 milyon 888 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 34 min barel geriləyərək gündəlik 4 milyon 840 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 720 min barel olacaq.
Bu mövzuda digər xəbərlər:Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
16 İyul 2026 17:33
Birləşmiş Ştatların sutkalıq neft hasilatı azalıb
23 Aprel 2026 11:23
Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb
06 Avqust 2026 18:20
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
03 Sentyabr 2026 11:02
Birləşmiş Ştatların neft ehtiyatları artır
20 Avqust 2026 10:40
Baxış sayı:148
Bu xəbər 11 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















