Birliyi olduğun coğrafiya yox, uğrunda mübarizə apardığın maraq coğrafiyası müəyyən edir Əziz Əlibəyli
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Ermənistanda iddia edirlər ki, Cənubi Qafqaz Türkiyə–Azərbaycan balansında yeni mərhələyə girir.
Birincisi, heç bir “yeni mərhələyə” keçid yoxdur - reallıq tarixi bərpanı tələb edir. Heç bir toplum ona aid olmayan coğrafiyada daşı-daş üstünə qoyub barı hörməz, ev tikməz, gedib babasının qəbrini axtarmaz. Bu məsələlərdə erməni narrativlərini unutmalıyıq. Onlar düşünsünlər ki, bu, yeni mərhələdir, lakin biz tarixi reallığı müdafiə etməliyik və Qərbi Azərbaycana qayıdışın tarixi -hüquqi realistik əsaslarını əbədi vurğulamalıyıq".
Redaktor.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzininin (STM) Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli “Əzəli yurd” layihəsi çərçivəsində hazırlanmış “Tarixi yurda qayıdış: Qərbi Azərbaycan sənəd və mənbələrdə” adlı elektron kitabın rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirdi.
"Azərbaycanlıların qayıdışı Ermənistan üçün ekzistensial təhlükə kimi təqdim olunur?
Bu necə ola bilər? Biz guya bütün erməni xalqının gələcəyini risk altına qoyuruq? Axı azərbaycanlılarla birlikdə yaşadıqları 90-cı illərə qədər Ermənistanın əhalisi təxminən 3 milyon idi, azərbaycanlılar olmadan keçən son 30 ildə isə bu rəqəm 1,8 milyona düşüb.
Bundan əlavə, azərbaycanlı arxetiplərində yaşadıqları dövləti məhv etmək, separatizm ideyaları heç vaxt olmayıb - biz ancaq töhfə vermişik. Borçalıya, Dərbəndə, Cənubi Azərbaycana baxmaq kifayətdir.
Deyirlər ki, azərbaycanlıların qayıdışı Ermənistanı türk dövlətinə çevirəcək.
Ermənistan onsuz da türk coğrafiyasında yerləşən bir dövlətdir və bundan qorxmaq lazım deyil. Bu qorxular daşnak ideologiyasını, “dənizdən dənizə” kimi xülyaları ortaya çıxardı. Bu coğrafiyada türk amili əbədidir. Burada yad, antaqonist, parçalaycı qüvvə kimi qalmaqla yaşamaq mümkün deyil. Türk, islam və min illiklərə dayanan irs. Bunun əksini necə iddia etmək olar ki?
Yenə bəziləri iddia edir ki, erməni Apostol kilsəsinə kimin rəhbərlik edəcəyinə Bakı qərar verir.
Bakının belə qərarlara heç bir ehtiyacı yoxdur.
Bakının səsi erməni kilsəsinin zənglərinin səsindən daha gur çıxır. Hətta Ağbənddə verilən azan səsgücləndirici ilə Mehriyə, ordan da Ordubada çata bilər.
Üstəlik, xristian keçmişi olan Azərbaycanın alban irsi və müasir dövlət siyasətində multikulturalizmin mühüm yeri var:
İki fakta baxaq:
Azərbaycanda təkcə xristianlığın müxtəlif məzhəblərinə aid kilsələr fəaliyyət göstərir Ermənistanda isə əsasən yalnız Erməni Apostol (Qriqorian) kilsəsi mövcuddurDigərləri üçün belə bir imkan tanına bilməz. Bir mənbəyə görə, 1870-ci ildə Ermənistan daxilində 269 məscid qeyd olunub, lakin bu məscidlərin çoxu sonradan itmiş və yalnız bir neçəsinin izinin qalması qeyd olunur.
Azərbaycan maraqlarının Ermənistan parlamentində təmsil olunacağı iddia edilir.
Əminəm ki, Ermənistan parlamentində babası və ya nənəsi azərbaycanlı olan kifayət qədər etnik erməni var. Ermənistanın indiki iqtidarı medandan parlamentə gəlib - hamımız 2018-ci il mitinqlərini izləmişik və orada Azərbaycan dilində ifadələr eşitmişik. O dilin daşıyıcıları indi İrəvanda parlamentdədirlərsə, qoy bizim maraqlarımızı da daşısınlar.
Amma müzakirə heç də belə iddialarla bitməli deyil, azərbaycanlıların özləri də o parlamentdə təmsil olunmalıdır — təkcə dil yox, kimlik olaraq da.
Başqa bir məsələ, Zəngəzur dəhlizinin taleyini guya Türkiyə və Azərbaycan birlikdə müəyyən edəcək.
Zəngəzura, onun tarixi taleyinə dair müstəsna qərar Prezident İlham Əliyevə məxsusdur. Zəngəzur dəhlizi TRİPP-dən də böyükdür - bu, türk dəhlizidir, okeandan okeana uzanan kommunikasiya xəttidir.
Əslində, Türk Dövlətləri Birliyinin real adı Zəngəzur İttifaqıdır, çünki birliyi olduğun coğrafiya yox, uğrunda mübarizə apardığın maraq coğrafiyası müəyyən edir. Necə ki, bədəndə bütün orqanlar vacibdir, amma beyin və ürək həlledicidir.
“Bir sözlə, İrəvan Qərbi Azərbaycana qayıdışı xəritələşdirdi” iddiası irəli sürülür.
Bu proses əslində son 4 ildə artıq başlamışdı.
Bir gün Google tarixi xəritə yaratsa, Ermənistanın indiki xəritəsinin nə olacağı olduqca maraqlı olacaq.
Nəhayət, 13 yanvarda Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış oldu. Əliyev fenomeni çox böyükdür, elə doğrudan da fenomendir. Onun baş planlarının ən baş planı İrəvana dair Baş Plandır.
İrəvanın Baş Planının da müəllifi Əliyevdir", - deyə STM rəsmisi çıxışını yekunlaşdırdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















