Icma.az
close
up
RU
Bankların zamin HİYLƏSİ

Bankların zamin HİYLƏSİ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Vətəndaşlar banklardan kredit götürdükdə zamin tələb olunur.

Zamin, borclunun öhdəliyini tam və ya qismən öz üzərinə götürür, yəni borclu pulu qaytarmasa, onu zamin ödəməli olur.

Ancaq kreditlə bağlı zamin duran şəxslərin bilmədikləri müəyyən məqamlar da var ki, bununla həmin vətəndaşlar bankların “toruna” düşürlər.

Belə ki, vətəndaşlar banklardan kredit götürdükdə ona zamin olan şəxslə müəyyən müqavilələr imzalanır. Həmin müqavilələrə isə zaminlər müxtəlif səbəblərdən diqqətli yanaşmırlar.

Bunun səbəblərindən biri odur ki, zamin duran şəxslər adətən kredit götürən şəxin qohumu  və yaxını olduğu üçün həmin müqaviləni dəqiqliklə oxumaqdan çəkinirlər.

Digər halda isə bankların tərtib etdiyi həmin müqavilələrin sanki bir kitab həcmində və çətinliklə oxunduğu üçün zaminlər onu oxumadan imza atmağa məcbur olurlar. 

Nəticədə isə sonradan bəzi problemlər özünü göstərir. Belə ki, bəzən kredit götürən bir vətəndaş dəfələrlə kredit götürsə də, həmin şəxs zamin kimi göstərilir.

Hətta bəzi hallarda heç zamin göstərilən şəxsin bundan xəbəri belə, olmur. Ancaq kredit götürən şəxs həmin məbləği ödəmədiyi halda, yaxud ölkəni tərk etdikdə banklar zamindən bu vəsaiti tələb edirlər.

Ümumiyyətlə, kredit götürənə zamin duran şəxsin dəfələrlə özünün məlumatı olmadan zamin kimi göstərilməsi nə dərəcədə doğrudur və bank bu barədə həmin şəxsi məlumatlandırmalıdırmı?

Məsələ ilə bağlı istiqsadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, zaminlik müqaviləsində kredit müqaviləsinin şərtləri göstərilməlidir:

“Əgər orada göstərilirsə ki, məsələn, “Mən Əkrəm Həsənov “X” adlı şəxsin bu tarixdə bankdan götürdüyü kredit məbləğinə görə, 2-3 il ərzində zaminəm”, bu, konkret zaminlik öhdəliyidir. 

Həmin kredit götürən “X” adlı şəxs bir müddət sonra həmin krediti qaytardı, həmin müddət ərzində sabah gedib başqa kredit götürdüsə, mən artıq zamin deyiləm.

Çünki zaminlik müqaviləsində hansı kredit olduğu konkret yazılmışdı. Ancaq başqa hal da ola bilər. Yəni zaminlik müqaviləsində yazılır ki, ““X” adlı şəxsə filan bankdan 5 il ərzində “kredit xətti” açılır. Məsələn, 10 min manat məbləğində kreditinə görə, məlum faiz dərəcəsində 5 il müddətində zaminəm.

Bu halda ola bilər ki, həmin kredit götürən həmin pulu qaytarıb, sonra gedib yenə götürüb. Zaminlik müqaviləsinə görə də mən “xətt öhdəliyi” götürmüşəm.

Bu halda bank bildirir ki, “sən də həmin xəttə, yəni  “kredit xətti”nə görə zamin durmusan”. Burada əsas odur ki, kredit müqaviləsinin faiz, müddət, məbləğ kimi şərtləri konkret yazılmalıdır. Bunlar varsa, zaminin onda öhdəliyi var. Burada əsas odur ki, sənədlərə diqqətlə baxmaq lazımdır.

Əgər zaminlik müqaviləsində “kredit xətti”, müddəti göstərilibsə, ancaq hansı faiz dərəcəsi ilə götürülməsi göstərilməyibsə, bu halda zaminin öhdəliyi yoxdur. Bütün şərtlər göstərilirsə, zamin bu halda məsuliyyətlidir.

Ona görə də sənədlərə qol çəkəndə diqqətlə baxmaq lazımdır. Mən hər zaman vətəndaşlara bu məsləhəti görürəm. Elə şəxslərə zamin durun ki, o pulu gəlib sabah sizdən tələb etməsinlər.

Doğrudur, son zamanlar bu sahədə müəyyən qədər vəziyyət dəyişib, insanlar başa düşürlər. Ancaq əvvəllər vəziyyət daha pis idi. Zaminliyə adi hal kimi baxırdılar. O qədər vətəndaş var ki, zamin durub, indi gəlib deyir ki, “mən niyə verməliyəm?”. 

Ona görə də elə adama zamin durmaq lazımdır ki, sonra səni “yandırmasın”. Əgər zaminlik müqaviləsinə görə, “kreditt xətti”ni imzalayıbsa və kredit götürən onu ödəmədən xaricə gedibsə, o zaman, zamindən alacaqlar. Ancaq xaricə gedən şəxs ölkəyə qayıtdıqda həmin zamin qanunla həmin şəxsdən ödədiyi vəsaiti tələb edə bilər”.  

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Banklar zamin Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri