Birliyimiz gücümüz, qardaşlığımız zəmanətimizdir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri və AK Partiya Ankara millət vəkili Fuat Oktay son günlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə yaşandığı iddia edilən gərginlikdən sonra sosial media paylaşımında baş verənlərlə bağlı fikirlərini bölüşüb.
Newscenter.az xəbər verir ki, o, türk dünyasının birliyini və həmrəyliyini hədəf ala biləcək təxribatlarına qarşı ehtiyatlı olmağın vacibliyini bildirib.
Türkiyə-Azərbaycan münasibətlərinin "Bir Millət, İki Dövlət" şüarı altında müttəfiqlik əsasında gücləndiyini və Türk dünyasının inteqrasiya prosesinin Türk Dövlətləri Təşkilatının (TDT) çətiri altında irəlilədiyini bildirən Oktay, bu prosesdə bölünməyə səbəb ola biləcək təşəbbüslərə qarşı ayıq olmağın vacibliyini vurğulayıb. O deyib ki, fərqliliklərimizi qardaşlıq çərçivəsində həll etməliyik.
Fərqli baxışların və ortaq nöqtələrin olmasının təbii olduğunu vurğulayan Oktay, ən vacib şeyin bu fərqləri qarşılıqlı anlaşma və qardaşlıq çərçivəsində qiymətləndirə bilmək olduğunu deyib. Oktay, ortaq gələcəyə zərər verməyi hədəfləyən təşəbbüslərə qarşı sağlam düşüncənin üstünlük təşkil etməli olduğunu bildirib və iki ölkə arasındakı dərin köklü əlaqələrin qorunmasının vacibliyinə diqqət çəkib.
"Türk dünyasının güclənməsindən kim narahatdır və Türkiyə-Azərbaycan münasibətlərinin pisləşməsindən kim faydalana bilər?"-deyə sual edən Oktay, bu məsələlərin birlik və həmrəyliyi daha da gücləndirəcək bir yanaşma ilə qiymətləndirilməli olduğunu vurğulayıb.
Oktay, qardaşlığı hədəf alan təşəbbüslərə qarşı hər kəsi sayıq olmağa çağırıb:
"Birliyimiz gücümüz, qardaşlığımız zəmanətimizdir", - deyən Oktay, vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin və türk dünyasının ortaq gələcəyinin qorunması vacibdir.
Süleyman
Baxış sayı:46
Bu xəbər 17 Oktyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















