Icma.az
close
up
RU
Birliyimiz dövlətin gücüdür

Birliyimiz dövlətin gücüdür

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Venesuelada və digər coğrafiyalarda baş verən dəyişikliklər bir qəti gerçəkliyi təsdiqlədi ki, istənilən dövlətin sarsılmaz gücü onun liderinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsində, xalq-iqtidar birliyindədir.
Xalqa arxalanan, xalqdan qüvvət alan hakimiyyətin işinə heç kimi qarışa bilməz, arxasında xalq dayanan dövlətin liderinə heç bir kənar güc təhdid dili ilə danışa bilməz, təzyiq göstərə və ərazisinə müdaxilə edə, silah gücünə ölkənin legitim siyasi idarəçiliyini dəyişə bilməz.
Sözsüz ki, bu gün dünya nizamı pozulub, Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, BMT, Helsinki Komitəsi və digər beynəlxalq təsisatların heç bir hörməti, etimadı qalmayıb, əgər beynəkxalq hüquq işləsəydi, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxlaya bilməzdi, BMT-nin 4 qətnaməsi kağız parçasına çevrilməzdi və s.
Bu amil onu əsaslandırır ki, dövlətlərin güclü lideri və qüdrətli hərbi-siyasi arxitekturası müasir siyasi münasibətlər sistemində vacib faktora çevrilməkdədir.
Etiraf etmək lazımdır ki, Azərbaycanın yerləşdiyi regionda türk dövlətləri istisna olmaqla digər coğrafiyalardan hansısa təxribatların, dövlətçiliyimizə qarşı xain planların və sabitliyi pozmaq cəhdlərinin olmayacağına zəmanət yoxdur.
Ona görə də, dövlətimiz öz dayanıqlı təhlükəsizlik potensialını daha da gücləndirməlidir. Müasir siyasi fraqmentasiyaları diqqətlə izlədikdə, Vətən müharibəsindən 5 il keçməsinə baxmayaraq, Azərbaycanın öz hərbi-siyasi qüdrətinin daim artırmaq strategiyasını çox müdrik və uzaqgörən siyasətin nəticəsi kimi qiymətləndirmək olar.
Cənab Prezident İlham Əliyevin “Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib” fikri də səbəbsiz deyil.
Çünki bu gün bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir, hər bir ölkə daha güclü olmağa çalşır. Belə olan halda, Azərbaycan hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazırlıqlı olmalıdır.
Azərbaycanın Lideri heç vaxt imkan verməyib ki, kimsə ölkəmizin işinə qarışsın, nəyisə diktə etsin, kimsə yuxarıdan aşağı baxsın. Azərbaycan dövləti ciddi iradə ortaya qoyaraq heç kimə verməyir ki, hansısa ölkə nəyisə diqtə etsin.
Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri