Icma.az
close
up
RU
® “Birmarket” təkcə platforma ilə deyil, insanları ilə də ticarətçinin yanındadır

® “Birmarket” təkcə platforma ilə deyil, insanları ilə də ticarətçinin yanındadır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın aparıcı e-ticarət platforması olan “Birmarket” tərəfindən keçirilən “Ticarətçilər Forumu 2025”in açılışı olub.

“Birmarket”in Baş icraçı direktoru Rauf Qulaməliyev açılış nitqində bildirib ki, “Birmarket” sadəcə sistem deyil, hamının gördüyü, bildiyi və iştirakçısı olmaqdan qürur duyduğu bir bazar qurur: “Birmarket olaraq biz həm alıcı, həm də satıcılar üçün yeniliklər edirik. Yeni satıcı kabineti, hansı ki, satıcılara platformaya birbaşa qoşulmaq imkanı yaradır. Kabinetdə məhsul çeşidi və qiymətləri idarəetmə alətləri, təkmilləşdirilmiş müştəri yolu və ən vacibi gücləndirilmiş çatdırılma xidməti - bütün bu görülən işlər artıq müsbət nəticələr verir. “Birmarket”in bu gün 1500-dən çox “gəl al” məntəqəsi var. Biz, sözün əsl mənasında, müştəriyə daha da yaxınlaşmışıq. Bu prosesdə təkcə platforma deyil, insanlarımızla da ticarətçinin yanındayıq”.

Rauf Qulaməliyev əlavə edib ki, təkcə bu il tərəfdaşlarla birgə 1 milyondan artıq sifariş həyata keçirilib, ötən illə müqayisədə alışlar iki dəfə artıb, təkrar müştəri alışları isə hər ay böyüyür.

“Biz artıq “Bir ekosistem”in bir hissəsiyik. Bu o deməkdir ki, tərəfdaşlarımız da bu sistemin iştirakçısıdır və onun imkanlarından yararlanırlar. Artıq “Birmarket” məhsul təklifləri 4 milyondan çox aktiv müştəri bazası olan “Birbank” tətbiqində yer alır. Alıcılar sərfəli şərtlərlə platforma üzərindən kredit əldə edirlər. Ödənişlər “BirBonus” proqramı ilə edilə bilir və müştərilər həm alışa görə, həm də ödənişdən bonus qazanır. Bütün bu imkanlar bizim tərəfdaşlarımız üçün qurulub”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan “Bir ekosistem” “Birbank”, “m10”, “MilliÖn”, “Birmarket”, “BakıKart” və “Trendyol Azərbaycan” kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. “PAŞA Holdinq” tərəfindən yaradılan ekosistem 2025-ci ilin 7 fevralında ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri