Bitcoin in qiyməti 77 min dolları ötüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kriptovalyuta bazarının kapitallaşması artıb, "Bitcoin"in qiyməti 77 min dolları ötüb.
"APA-Economics" xəbər verir ki, CoinMarketCap platformasında son 24 saatda qlobal kriptovalyuta bazarının kapitallaşması 0,65% artaraq 2,58 trilyon dollara yüksəlib.
Ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti 0,86% artaraq 77 273,63 dollara çatıb. “Ethereum”un qiyməti 0,38% azalaraq 2 106,31 dollar olub. BNB-nin qiyməti isə 0,73% artaraq 659,29 dollara yüksəlib.
İlk onluqda yer alan digər aktivlərdən “Zcash”ın qiyməti 4,39%, “Monero”nun qiyməti 2,71% artıb. “Bitcoin Cash”ın qiyməti 0,95%, “Bittensor”un qiyməti isə 0,84% azalıb.
Qızıla əsaslanan rəqəmsal aktivlərdən “PAX Gold”un qiyməti 0,35%, “Tether Gold”un qiyməti isə 0,67% artıb.
Son 24 saatda “CoinMarketCap 20 Index” göstəricisi 0,20% yüksəlib. Kriptovalyuta bazarında qorxu və tamah indeksinin göstəricisi 40 bənd təşkil edib.
Analitiklərin fikrincə, kriptovalyuta bazarında artıma ABŞ-da kriptovalyutaların tənzimlənməsi istiqamətində müsbət gözləntilər, investorların risk iştahasının qismən bərpası və “Bitcoin”ə institusional marağın davam etməsi dəstək verib. Bununla yanaşı, bazarda qorxu və tamah indeksinin 40 bənd səviyyəsində qalması investorların hələ də ehtiyatlı davrandığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 25 May 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















