Icma.az
close
up
RU
Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradırmı? VACİB AÇIQLAMA KONKRET

Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradırmı? VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq maliyyə bazarlarında Bitkoinin qiymət artımı davam edir. Aparıcı kriptovalyuta birjası “Binance”ın məlumatlarına əsasən, kriptovalyutanın dəyəri tarixində ilk dəfə ən yüksək səviyyəyə çataraq 93 min ABŞ dolları həddini keçib.

KONKRET.az xəbər verir ki, bu, bazar üçün yeni bir rekord hesab olunur. Yaxın gələcəkdə “Bitcoin” qiymətinin yüksəlmə ehtimalı böyükdür ki, bu da investorların marağını daha da artırır.

Bəs, Bitkoninin qiymətinin bahalaşması Azərbaycan manatı üçün hər hansı təhlükə yaradırmı? Bu suala cavab tapmaq üçün millət vəkili Vüqar Bayramova müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirib ki, Bitkoinin bahalaşması ilə yanaşı, eyni zamanda ABŞ-də digər indekslərdə də artımlar müşahidə olunub:

“Bitkoin virtual valyutadır və praktik olaraq dolların məzənnəsinə təsir göstərmir. Eyni zamanda, manatın məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur. Amma virtual valyutaların, eləcə də qlobal valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Gözlənilir ki, qlobal valyuta bazarında Amerika Birləşmiş Ştatlarının səhmlərinin, eləcə də bondlarının dəyərində artımlar müşahidə olunacaq. Hələlik kəskin artımlar gözlənilmir, amma gələn ildən etibarən ABŞ-nin yeni prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq dəyişikliklərin olacağı gözlənilir”.

Vüqar Bayramov əlavə edib ki, valyuta bazarında aktivlik artır və bunun daha da genişlənməsi gözlənilir: “Ona görə həm virtual valyuta bazarında, həm qlobal valyuta bazarında dəyişiklər müşahidə olunur və Bitkoinin qiymətindəki artımlar da məhz bununla bağlıdır. Bu dəyişiklər fonunda Mərkəzi Bank həm intervensiya imkanlarını qoruyub saxlayır, həm də bu dəyişikliklərə uyğun olaraq məzənnə siyasəti ilə bağlı qərarlar qəbul etmək səlahiyyətindədir. Ona görə də Mərkəzi Bankın mövqeyi məhz növbəti dövrlər üçün də həlledici olaraq qalmaqdadır.

Hələlik psixoloji təsirlər məzənnə və qiymət artımlarına gətirib çıxarıb. Yəni Bitkoin və səhmlərin qiymət indekslərdə artımlar var. Amma 2025-ci ilin yanvarından sonra daha real olaraq iqtisadi təsirlər məhz Birləşmiş Ştatlarda həyata keçiriləcək siyasətdən asılı olaraq müəyyənləşəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri