Icma.az
close
up
RU
Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradır? VACİB AÇIQLAMA

Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradır? VACİB AÇIQLAMA

Icma.az bildirir, News24 portalına istinadən.

Beynəlxalq maliyyə bazarlarında Bitkoinin qiymət artımı davam edir. Aparıcı kriptovalyuta birjası "Binance"ın məlumatlarına əsasən, kriptovalyutanın dəyəri tarixində ilk dəfə ən yüksək səviyyəyə çataraq 93 min ABŞ dolları həddini keçib.

News24.az xəbər verir ki, bu, bazar üçün yeni bir rekord hesab olunur. Yaxın gələcəkdə "Bitcoin" qiymətinin yüksəlmə ehtimalı böyükdür ki, bu da investorların marağını daha da artırır.

Bəs, Bitkoninin qiymətinin bahalaşması Azərbaycan manatı üçün hər hansı təhlükə yaradırmı? Bu suala cavab tapmaq üçün millət vəkili Vüqar Bayramova müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirib ki, Bitkoinin bahalaşması ilə yanaşı, eyni zamanda ABŞ-də digər indekslərdə də artımlar müşahidə olunub:

"Bitkoin virtual valyutadır və praktik olaraq dolların məzənnəsinə təsir göstərmir. Eyni zamanda, manatın məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur. Amma virtual valyutaların, eləcə də qlobal valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Gözlənilir ki, qlobal valyuta bazarında Amerika Birləşmiş Ştatlarının səhmlərinin, eləcə də bondlarının dəyərində artımlar müşahidə olunacaq. Hələlik kəskin artımlar gözlənilmir, amma gələn ildən etibarən ABŞ-nin yeni prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq dəyişikliklərin olacağı gözlənilir".

Vüqar Bayramov əlavə edib ki, valyuta bazarında aktivlik artır və bunun daha da genişlənməsi gözlənilir: "Ona görə həm virtual valyuta bazarında, həm qlobal valyuta bazarında dəyişiklər müşahidə olunur və Bitkoinin qiymətindəki artımlar da məhz bununla bağlıdır. Bu dəyişiklər fonunda Mərkəzi Bank həm intervensiya imkanlarını qoruyub saxlayır, həm də bu dəyişikliklərə uyğun olaraq məzənnə siyasəti ilə bağlı qərarlar qəbul etmək səlahiyyətindədir. Ona görə də Mərkəzi Bankın mövqeyi məhz növbəti dövrlər üçün də həlledici olaraq qalmaqdadır.

Hələlik psixoloji təsirlər məzənnə və qiymət artımlarına gətirib çıxarıb. Yəni Bitkoin və səhmlərin qiymət indekslərdə artımlar var. Amma 2025-ci ilin yanvarından sonra daha real olaraq iqtisadi təsirlər məhz Birləşmiş Ştatlarda həyata keçiriləcək siyasətdən asılı olaraq müəyyənləşəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri