Icma.az
close
up
RU
Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradırmı? VACİB AÇIQLAMA Xəbər saytı Son xəbərlər və Hadisələr

Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradırmı? VACİB AÇIQLAMA Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq maliyyə bazarlarında Bitkoinin qiymət artımı davam edir. Aparıcı kriptovalyuta birjası "Binance"ın məlumatlarına əsasən, kriptovalyutanın dəyəri tarixində ilk dəfə ən yüksək səviyyəyə çataraq 93 min ABŞ dolları həddini keçib.

BAKU.WS xəbər verir ki, bu, bazar üçün yeni bir rekord hesab olunur. Yaxın gələcəkdə "Bitcoin" qiymətinin yüksəlmə ehtimalı böyükdür ki, bu da investorların marağını daha da artırır.

Bəs, Bitkoninin qiymətinin bahalaşması Azərbaycan manatı üçün hər hansı təhlükə yaradırmı? Bu suala cavab tapmaq üçün millət vəkili Vüqar Bayramova müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, Bitkoinin bahalaşması ilə yanaşı, eyni zamanda ABŞ-də digər indekslərdə də artımlar müşahidə olunub:

"Bitkoin virtual valyutadır və praktik olaraq dolların məzənnəsinə təsir göstərmir. Eyni zamanda, manatın məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur. Amma virtual valyutaların, eləcə də qlobal valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Gözlənilir ki, qlobal valyuta bazarında Amerika Birləşmiş Ştatlarının səhmlərinin, eləcə də bondlarının dəyərində artımlar müşahidə olunacaq. Hələlik kəskin artımlar gözlənilmir, amma gələn ildən etibarən ABŞ-nin yeni prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq dəyişikliklərin olacağı gözlənilir".

Vüqar Bayramov əlavə edib ki, valyuta bazarında aktivlik artır və bunun daha da genişlənməsi gözlənilir: "Ona görə həm virtual valyuta bazarında, həm qlobal valyuta bazarında dəyişiklər müşahidə olunur və Bitkoinin qiymətindəki artımlar da məhz bununla bağlıdır. Bu dəyişiklər fonunda Mərkəzi Bank həm intervensiya imkanlarını qoruyub saxlayır, həm də bu dəyişikliklərə uyğun olaraq məzənnə siyasəti ilə bağlı qərarlar qəbul etmək səlahiyyətindədir. Ona görə də Mərkəzi Bankın mövqeyi məhz növbəti dövrlər üçün də həlledici olaraq qalmaqdadır.

Hələlik psixoloji təsirlər məzənnə və qiymət artımlarına gətirib çıxarıb. Yəni Bitkoin və səhmlərin qiymət indekslərdə artımlar var. Amma 2025-ci ilin yanvarından sonra daha real olaraq iqtisadi təsirlər məhz Birləşmiş Ştatlarda həyata keçiriləcək siyasətdən asılı olaraq müəyyənləşəcək".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri