Icma.az
close
up
RU
Bitməyən “Mercosur sınağı”

Bitməyən “Mercosur sınağı”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropada bazar dəyərləri kağız üzərindəmi qalır?

Yəqin məşhur ingilis yazıçısı Corc Oruellin “Heyvanıstan” əsəri ilə bir çoxları tanışdır. Əsər zahirən sadə alleqoriya üzərində qurulsa da, əslində, siyasi sistemlərin daxildən necə aşındığını göstərir. Hamı üçün azadlıq və bərabərlik vədi ilə başlayan quruluş zamanla qaydaları öz maraqlarına uyğun yozan və bu yozumu “təhlükəsizlik”, “zərurət” və “inkişaf” adı altında legitimləşdirən dar bir çevrənin nəzarətinə keçir. Maraqlısı odur ki, qaydalar olduğu kimi qalır, sadəcə, məzmun dəyişdirilir. Bir vaxtlar hamını qorumaq üçün yazılan prinsiplər yavaş-yavaş yalnız bir qrupu qoruyan mexanizmə çevrilir. Mercosur razılaşması ətrafında Avropada yaşananlar da Oruellin əsərindəki paradoksu xatırladır. “Azad ticarət”, “ümumi bazar”, “qarşılıqlı fayda” kimi anlayışlar fermerlər üçün sabitlik və qorunma vəd etməli olduğu halda, qeyri-bərabər rəqabət yaradır. 

Bu gün Avropada, xüsusilə Fransada kənd təsərrüfatı böhranı açıq siyasi qarşıdurma səviyyəsinə yüksəlib. Bordo ətrafında yanacaq anbarlarının tutulması, Havr limanına gedən yolların bağlanması, cənub-qərb bölgələrində magistralların iflic vəziyyətinə düşməsi bunu təsdiqləyir. “France 24” saytının yaydığı məlumata əsasən, Paris küçələrində baş verənlər qitə miqyasında siyasi məna qazanıb. Mercosur razılaşması kağız üzərində “azad ticarət” adlansa da, Fransa üçün milli istehsalın, kənd təsərrüfatı suverenliyinin və Avropa standartlarının açıq şəkildə sınağa çəkilməsi kimi qiymətləndirilir. Görünür, Avropa öz daxili balansını qlobal bazar naminə qurban verməyə hazırdır. İlk növbədə, vurğulayaq ki, kənd təsərrüfatı Fransanın regional sabitliyinin və siyasi ənənələrinin ayrılmaz hissəsidir. Məhz bu səbəbdən fermerlərin aksiyaları birbaşa siyasi siqnal kimi dəyərləndirilir. Mercosur sazişi isə bu həssas balansı pozan xarici amil kimi qəbul olunur. Fermerlər hesab edirlər ki, onilliklər ərzində qurulan ciddi ekoloji və sanitariya standartları eyni bazarda fərqli qaydalarla istehsal olunan məhsullar qarşısında müdafiəsiz qalacaq. 

Yaranmış narahatlığı yalnız Fransaya aid etmək də düzgün olmaz. Avropa miqyasında baş verən etirazlara nəzər yetirdikdə, görürük ki, Mercosur razılaşması kənd təsərrüfatı sektorunda, faktiki olaraq ümumi narazılıqla qarşılanır. İrlandiyada traktorların Athlone küçələrinə axışması, “Stop EU–Mercosur” şüarları, Avropa İttifaqı bayrağı üzərində “Satışı dayandırın!” ifadəsinin yer alması fermerlərin etirazını həm iqtisadi, həm də siyasi səviyyəyə daşıyır. İrlandiyalı fermerlər açıq şəkildə bildirirlər ki, Avropa İttifaqında istehsal olunan mal əti ciddi izlənmə və sertifikatlaşdırma mexanizmlərinə tabedir, halbuki Cənubi Amerika ölkələrində bu proseslər eyni səviyyədə deyil. Fərq isə qiymət üzərindən rəqabəti qeyri-bərabər edir.

Yeri gəlmişkən, Mercosur sazişi 25 ildən artıqdır müzakirə olunur və rəsmi Brüssel bu razılaşmanı strateji iqtisadi fürsət kimi təqdim edir. Saziş Aİ-yə üzv 27 ölkə ilə Braziliya, Argentina, Paraqvay və Uruqvayı birləşdirən, dünyanın ən iri azad ticarət zonalarından birini yaratmağı hədəfləyir. Avropa sənaye sektoru üçün tariflərin azaldılması, yeni bazarlara çıxış və ixrac imkanlarının genişlənməsi biznes dairələri tərəfindən əsas üstünlük kimi vurğulanır. Lakin optimist yanaşmalar kənd təsərrüfatı sektorunda ciddi şübhələrlə qarşılanır. Avropalı fermerlər hesab edirlər ki, razılaşma, faktiki olaraq sənaye maraqları naminə kənd təsərrüfatını risk altına qoyur. 

Müzakirələrin mərkəzində dayanan əsas məsələ standartlardır. Avropa İttifaqı özünü yüksək ekoloji və sosial normalara əsaslanan model kimi təqdim edir. Mercosur ölkələrində isə kənd təsərrüfatı istehsalında istifadə olunan pestisidlər, aqrotexniki standartlar, heyvandarlıq metodları və meşə siyasəti Avropa qaydaları ilə ziddiyyət təşkil edir. Fermerlər hesab edirlər ki, əgər eyni bazarda fərqli ekoloji və sanitariya tələblərinə icazə verilirsə, bu zaman Avropa daxilində tətbiq olunan sərt qaydaların mənası itir. Məhz bu səbəbdən İrlandiya, Fransa, Polşa, Macarıstan və Avstriya razılaşmaya qarşı açıq mövqe sərgiləyirlər. Bir məqamı da vurğulayaq ki, həmin ölkələrdə kənd təsərrüfatı siyasi çəkiyə malikdir. Xüsusilə Fransada fermer etirazları tarixən hökumətlərin qərarlarına birbaşa təsir göstərib. Ona görə də Paris üçün Mercosur sazişi Brüssel səviyyəsində texniki qərar olmaqdan çıxaraq daxili siyasi sabitlik məsələsinə çevrilir. Razılaşmanın taleyi yaxın aylarda Avropa Parlamentində həll olunacaq. Lakin bu mərhələdə səsvermə koalisiyalarının davranışları əvvəlki dövrlərlə müqayisədə daha dəyişkən və proqnozlaşdırılması çətindir. Populist qüvvələrin güclənməsi, kənd təsərrüfatı mövzusunun seçici davranışına birbaşa təsiri və milli maraqların ön plana çıxması prosesi daha da mürəkkəbləşdirir. Fermer birliklərinin avroparlamentarilərə açıq çağırışları da göstərir ki, bu dəfə kənd təsərrüfatı lobbiləri daha koordinasiyalı və siyasi baxımdan daha hazırlıqlıdır. 

Beləliklə, Mercosur razılaşması ətrafında yaranan gərginlik Avropa İttifaqının indiyədək üzləşdiyi klassik ticarət mübahisələrindən fərqlənir. Çünki məsələ Avropanın özünü necə tanıdığından, hansı dəyərləri qorumağa hazır olduğundan xəbər verəcək. Fransa küçələrində başlayan etirazlar, əslində, Brüsselə ünvanlanan bir sualdır: Avropa öz daxili sosial müqaviləsini qlobal rəqabət naminə nə qədər zəiflətməyə razıdır? Uzun illərdir Avropa İttifaqı öz iqtisadi modelini “keyfiyyət, təhlükəsizlik və məsuliyyət” anlayışları üzərində qurduğunu iddia edir. Sözügedən model məhsulun necə və hansı şərtlərlə istehsal olunması ilə ölçülür. Mercosur razılaşması isə bu yanaşmanı, faktiki olaraq, ikiqat standart dilemma qarşısında qoyur. Əgər Avropa fermerindən yüksək ekoloji, sosial və sanitariya öhdəlikləri tələb olunursa və eyni bazara bu tələblərə cavab verməyən məhsullar buraxılırsa, o zaman Avropa modelinin daxildən çat verdiyi bir daha öz təsdiqini tapır. 

Züriyyə QARAYEVA, 
politoloq

Fransalı fermerlərin MERCOSUR razılaşmasına qarşı etirazları bir neçə strateji narazılığın nəticəsidir. Onlar hesab edirlər ki, Cənubi Amerika ölkələrindən ucuz kənd təsərrüfatı məhsullarının Avropa bazarına daxil olması həm qiymət balansını pozacaq, həm də yerli istehsalçıları ciddi rəqabət təzyiqi altında qoyacaq. Fransada kənd təsərrüfatı həm iqtisadi, həm də sosial baxımdan ən həssas sektor olduğuna görə fermerlər hər yeni ticarət sazişini öz mövcudluqlarına təhdid kimi görürlər. Bu səbəbdən ölkənin iki əsas yolunda baryerlər qurmaq planı həm hökumətə təzyiq, həm də ictimaiyyətə mesaj xarakteri daşıyır: “Əgər bizim səsimizi eşitmirsinizsə, ölkənin nəbzini tutan yolları bağlayarıq”.

Etirazlara İtaliya, Polşa və İrlandiya fermerlərinin də dəstək verməsi məsələni təkcə Fransanın daxili problemi olmaqdan çıxarır və Avropa İttifaqında ümumi narazılığın artdığını göstərir. Həmin ölkələrin fermerləri də oxşar səbəblərə – ucuz idxal məhsullarının rəqabət üstünlüyü, ekoloji və sanitar standartların uyğunsuzluğu və Aİ-nin aqrar siyasətindəki qeyri-müəyyənliklərə görə narahatdırlar. Bu, həm də onu göstərir ki, MERCOSUR razılaşması ətrafında mübahisələr həm də strateji məsələdir. Eyni zamanda, Aİ daxilində kənd təsərrüfatının gələcəyi, daxili bazarın qorunması və qlobal rəqabət şərtlərinə uyğunlaşma kimi fundamental suallar ortaya çıxır. Bu mütəşəkkil etirazlar razılaşmanın gələcək taleyinə ciddi təsir göstərə bilər.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see343

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see253

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see202

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see200

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see194

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see178

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see171

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see171

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see168

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see166

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see164

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see164

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see163

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see161

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see159

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see159

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see156

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see154

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see150

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri